Dua Lipa () — alban əsilli ingilis müğənni və bəstəkar. Model olaraq çalışdıqdan sonra 2014-cü ildə Warner Bros. şirkəti ilə müqavilə bağlayaraq 2017-ci ildə Dua Lipa adlı albomunu çıxardı. Albom Böyük Britaniya sıralamasında üçüncü yerə yüksəldi.

Həyatı Lipa, 22 avqust 1995-ci ildə Londonda doğulub. Adı "Dua" alban dilində "Səni sevirəm", "istəyirəm" və ya "ehtiyacım var" mənasına gəlir. Ailəsi Kosovalı albanlardır. Silviya Yonq Teatr Məktəbində oxumuşdur. 15 yaşında olarkən Londona dönüb və dostları ilə yaşamağa başlamışdır. Dönməkdə məqsədi musiqi karyerası yaratmaq idi. 16 yaşında yenidən model olaraq işləməyə başladı.

Atası əvvəllər Rok musiqiçisi idi və onun mahnılarını dinləyərək vaxt keçirdirdi. 14 yaşında olarkən sevdikləri Pink və Nelli Furtado mahnılarını oxumuşdur.

Karyerası

2015–2018: Karyerasının başlanğıcı 2015-ci ildə Lipa ilk albomu üçün Warner Bros. Records ilə işləməyə başladı. 2015-ci ilin avqustunda ilk sinqlı olan "New Love"ı yayımladı. Lusi Teylor tərəfindən yazılan ikinci sinqlını "Be the One,"ı oktyabr 2015-ci ildə yayımladı. Lipa, musiqi tərzinin "Dark Pop" olduğunu demişdir. 2016-cı ilin dekabrında Lipa ilə bağlı ‘See in Blue’ adlı sənədli film çəkildi.

Öz adını başlıq olaraq istifadə etdiyi studiya albomunu 2 iyun 2017-ci ildə yayımlamaq qərarına gəlmişdir.

2020-indi: Future Nostalgia Sənətçinin ikinci studiya albomu olan "Future Nostalgia" 27 martda çıxdı. Albomun 2 müxtəlif versiyası mövcuddur: Future Nostalgia, Future Nostalgia (The Moonlight Edition thumb|225x225px|Dua Lipa 2016-cı ildə

Şəxsi həyatı Lipa 2019-cu ildə Anvar Hadid ilə münasibətə başlamışdır. Cütlük 2021-ci ildə ayrılmışdır.

Diskoqrafiya Dua Lipa (2017) Future Nostalgia (2020) Radical Optimism (2024)

Turlar 2016 UK (2016) US and Europa Tour (2017) The Self-Titled Tour (2017–2018) Future Nostalgia Tour — (2021-indi)

Mükafatlar və namizədliklər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Qremmi mükafatı laureatları

Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:Birləşmiş Krallıq modelləri Kateqoriya:İngiltərə musiqiçiləri Kateqoriya:Albaniya feministləri Kateqoriya:İndi-pop musiqiçiləri