Hafiz Baxşəliyev () — Azərbaycan idmançısı, dünya və Avropa çempionu. Kikboksinq üzrə Avropa çempionatının gümüş (2006), dünya çempionatının bürünc (2007) mükafatçısı, üç qat dünya çempionudur (2004, 2006, 2008).
Həyatı Hafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub. 1986–1996-cı illərdə orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Təfəkkür Universitetinin İqtisad fakültəsinin məzunu olub. 2000–2001-ci illərdə hərbi xidmətdə qulluq etmişdir.
Fəaliyyəti Kikboksinqə 1997-ci ildə başlayıb. 91+ kg çəki dərəcəsində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. İştirak etdiyi müddətdə dəfələrlə dünya, avropa çempionatlarının qızıl, gümüş və bürünc medalçısı olmuşdur. 2007-ci ildə rəsmi K-1 peşəkar yarışlarda Azərbaycanı ilk dəfə təmsil etmişdir. 2005-ci ildə "Россия против Мир" peşəkar kikboks yarışında dünyanın ən güclü kikboksçuları arasında rinqə çıxmış və bütün yarışda rus idmançısına yeganə qalib gələn idmançı olmuşdur. 2009-cu ildən Londonda (Böyük Britaniya) yaşayır. 2011-ci ildə idmandan uzaqlaşsa da, 2017-ci ildə yenidən döyüşmək qərarı alır.
Uelsin paytaxtı Kardiff şəhərində peşəkarlararası Avropa çempionu titulu uğrunda ispan idmançısı İsmail Berqamini nakautla məğlub edib və Böyük Britaniyada Avropa kəmərini qazanıb.
Hafiz Baxşəliyev xaricdə Azərbaycan və Qarabağla bağlı təşkil olunan diaspor tədbirlərində və tez-tez İngiltərədə keçirilən nüfuzlu idman yarışlarında fəxri qonaq qismində iştirak edir. O, 2017-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst İnformasiya Resurslar şöbəsinin rəhbəri, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürklə birgə Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyini yaradıb.
2016-ci ildə Londonda "Qafqaz" İdman Klubunu yaradaq, "ermənilərin kluba girişi qadağandır" sözlərinə Parisdə nəşr olunan "Nouvelles Armenie" jurnalı öz səhifəsində yer ayırmışdı.
Nəticələri 7 dəfə Azərbaycan çempionu 2010 – Britaniya çempionu 2004, 2006, 2008 – Dünya çempionu 2003, 2008, 2017 – Avropa çempionu
Həmçinin bax Kikboksinq
İstinadlar
Xarici keçidlər Məşhur boksçunun əlcəkləri idmançımıza verildi Fransada nəşr olunan erməni jurnalı azərbaycanlı idmançıdan yazdı Dördqat dünya çempionu Azərbaycanı tərk etdi
Kateqoriya:Naxçıvanda doğulanlar