Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır.

Tarixi Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var.Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s. 120 Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda qəsəbəbnin tarixi ətraflı araşdırılmışdır. Aydın olur ki, qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur. Keşlə qalasının qalıqları bu yaxınlaradək qəsəbə ərazisində görünməkdə idi. Burada XVII əsrə aid məscid vardır.

Adının mənşəyi Keşlə adı mənbələrdə ilk dəfə XVII əsrdən çəkilir. Keçmiş adı Keşləqışlaq olmuşdur. Oykonim türk mənşəli keşli/keşlə tayfasının adını əks etdirir. XVIII əsrə aid sənəddə keşlilərin və qaramanlı tayfalarının Qazaxlı, Ələsli və Borçalı yaylaqlarından istifadə hüququ haqqında məlumat verilir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, s. 386 (elektron variant)Kəndin əsl adı Qışladır. Zaman keçdikcə bu söz Keşlə şəklini almışdır. Bu kənd Bakı xanları ilə sıx bağlı olmuşdur. Xanların atları, qaramal və qoyun sürüləri bu qışlada saxlanılırdı. Xan öz ilxısını yoxlamaq üçün vaxtaşırı Keşləyə gəlirmiş. O vaxtdan xalq içərisində belə bir zərb-məsəl yaranmışdır. Birini bir yerə tələsən və qaçan gördükdə deyərdilər: Haraya tələsirsən, Keşləyə xan gəlir, nədir? Bakı kəndləri

Tanınmışlar Ağabala Quliyev - mesenat, milyonçu Bədri Seyidzadə - şair Xanımana Əlibəyli - yazıçı Osman Mirzəyev - jurnalist, yazıçı və publisist, şəhid Ələsgər Məmmədov - şərqşünas alim, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi, alman və ərəb dilləri üzrə mütəxəssis, Nürnberq prosesində tərcüməçi Yusif bəy İbrahimli - siyasətçi, Müsavat Partiyasının Mərkəzi Komitəsinin katibi

Xarici keçidlər Keşlə qəsəbəsində hesabat yığıncağı keçirilmişdir

Həmçinin bax Nizami rayonu 8-ci kilometr

İstinadlar

Kateqoriya:Nizami rayonunun qəsəbələri Kateqoriya:Bakının qəsəbələri