Ceyms Neysmit (6 noyabr 1861 – 28 noyabr 1939) — ABŞ-nin Massaçusets ştatının Sprinqfild kollecinin bədən tərbiyəsi müəllimi, məşqçi və novator, basketbolun yaradıcısı."James A. Naismith" . Biography.com.

Həyatı right|thumb|325x325px|Doğulduğu Ontarioda şərəfinə qoyulan abidə Ceyms Neysmit 1861-ci ildə Kanadada, Almonte şəhərinin tərkibinə daxil olan Ramsi () qəsəbəsində anadan olmuşdur. 1883-cü ildə Almonte şəhər orta məktəbini () bitirib. Həmin ildə də Monrealda Makgill Universitetinə daxil olur. Təhsil illərində Neysmit Kanada futbolu, Avropa futbolu və gimnastika üzrə universitet komandasında çıxış etməyə başlayır. Kanada futbolunda o mərkəz mövqeyində oynayırdı və ilk dəfə olaraq oyunlarda qoruyucu dəbilqə tətbiq etməyi təklif etmişdir. O həm də gimnastikada möhtəşəm uğurlarına görə bir neçə Vikstid () medalına layiq görülüb. Neysmit 1888-ci ildə Monrealda bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi və Presviterian Kollecinin () diplomunu almışdır.

1891-ci ildə o, ABŞ-nin Massaçusets ştatının Sprinqfild kollecinin bədən tərbiyəsi müəllimi işləyərkən basketbol oyununu yaratmışdır. O basketbol oyununun qaydalarına dair kitab yazmış və ilk basketbol proqramının əsasını da qoymuşdur.Sandomir, Richard (2015–12–15). "Basketball's Birth, in James Naismith's Own Spoken Words" . The New York Times. ISSN 0362–4331 .

Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hal-hazırda dünyada milyonlarla insan⁵ bu oyunu oynayır. O bu oyunu yaradarkən Amerika qitəsində topla oyunların tarixi məlumatlarından istifadə etmişdir. Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfild kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir.

1939-cu ildə Makgill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfild kollecində "Basketbol şərəf zalı" adlı Ceyms Neysmit muzeyi açılmışdır.

Ceyms Neysmit 1939-cu ildə noyabr ayının 28-də Kanzasda vəfat edib.

Təhsili və akademik mövqeləri Yaşadığı illər ərzində Ceyms Neysmit aşağıdakı cədvəldə öz əksini tapan təhsilə və akademik mövqelərə yiyələnmişdirDodd, Hellen Naismith (January 6, 1959). "James Naismith's Resume". Naismith Memorial Basketball Hall of Fame. Archived from the original on November 19, 2007. : +MəkanMövqeİllərQeydlərBennie ibtidai məktəbi (Almonte, Ontario)İbtidai məktəb1867– 1875Almonte Ali MəktəbiOrta məktəb1875–1877, 1881–83Məktəbdən çıxıb və yenidən bərpa olunubMakgill UniversitetiUniversitet tələbəsi1883–87Bədən tərbiyəsi üzrə bakalavr təhsiliMakgill UniversitetiBədən tərbiyə üzrə instruktor1887–1890Qızıl Vikstid medalı (1887), Ən yaxşı hərtərəfli (bacarıqlı) atlet; Gümüş Kubok (1886), Bir km-lik yürüş üçün birincilik mükafatı; Gümüş Vikstid medalı (1885); Makgillin ilk universitet məktublarından biri ilə mükafatlandırılıb.Presviterian Kolleci, Monrealİlahiyyat təhsili1887–1890İlahiyyatda müntəzəm və xüsusi şərəfli işlər üçün ikinci ən yüksək mükafata və gümüş medala layiq görülüb.Sprinqfield KolleciBədən tərbiyə üzrə instruktor1890–18951891-ci ilin dekabrında Basketbol topunun ixtirası.Denverdə Gənclərin Xristian AssosiasiyasıBədən tərbiyəsi üzrə instruktor1895–1898Kanzas UniversitetiBədən tərbiyəsi üzrə instruktor və kilsə direktoru1898–1909Kanzas UniversitetiBasketbol məşqçisi1898–1907İlk basketbol məşqçisiKanzas UniversitetiProfessor və Universitet həkimi1909–1917Birinci Dünya müharibəsinə görə 1914-cü ildən başlanan boşluq illəriBirinci Kanzas PiyadalarıKapellan (dini rütbə olsa da, hərbi rütbələrdən polkovnik-leytenant rütbəsinə uyğundur)/Kapitan1914–1917Birinci Dünya müharibəsi ilə əlaqədar hərbi xidmətBirinci Kanzas Piyadaları (Meksika sərhəddində)Kapellan1916Fransada hərbi və Gənclərin Xristian Assosiasiyası katibiƏxlaqi şərtlər və cinsi təhsil üzrə mühazirəçi1917 −1919Kanzas Universitetiİdman Direktoru1919–19371937-ci ildə təqaüdçü

Şəxsi həyatı Ceyms Neysmit şotland immiqrantları olan Marqaret və Con Neysmitin ikinci övladı idi. Onun anası Marqaret Yanq 1833-cü ildə anadan olub və 1852-ci ildə Kanadanın Lanark vilayətinə köçmüşdür. O, ailəsinin 11 övladından dördüncüsü idi.Laughead, George. "Dr. James Naismith" . Kansas Heritage Group. Retrieved 2013–09–14. In the late 1930s he played a role in what became the National Association of Intercollegiate Basketball. Ceyms Neysmitin atası Con Neysmit də 1833-cü ildə anadan olmuş və Avropanı 18 yaşı olanda tərk etmiş və Kanadanın Lanark vilayətində məskunlaşmışdır. 1894-cü ilin iyun ayının 20-də Neysmit Mod Evelin Şermanla (1870–1937) Sprinqfilddə ailə həyatı qurmuşdur. Onların 5 övladı olmuşdur: Marqaret Mason (Stenli) (1895–1976), Helen Karolin (Dodd) (1897–1980), Con Edvin (1900–1986), Mod Ann (Dauv) (1904–1972) Ceyms Şerman (1913–1980).

Həmçinin bax Basketbol Basketbol topu Basketbol meydançası

Xarici keçidlər "James Naismith's Resume". Naismith Memorial Basketball Hall of Fame "James A. Naismith". Biography.com.

İstinadlar

Kateqoriya:6 noyabrda doğulanlar Kateqoriya:28 noyabrda vəfat edənlər Kateqoriya:1861-ci ildə doğulanlar Kateqoriya:1939-cu ildə vəfat edənlər Kateqoriya:Basketbol məşqçiləri Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:ABŞ basketbol məşqçiləri