Uzunquyruq xul () — Knipoviç xulları cinsinin nümayəndəsidir.
Morfoloji əlamətləri
D VI (7-9), A I (8-9), Bədəni uzunsovdur. Göz arası məsamələri bir qədər arxada olub "K" şəkilli əlavə qısa kanalcığın ucunda yerləşir. Bu isə gözüstü kanalların birləşmə yerindən arxaya doğru gedir. Quyruq üzgəci simmetrik deyildir. Onun əsasında adətən damcı formalı iri tünd xal olur, bəzən isə olmur. Maksimal uzunluğu 5 sm - ə qədərdir.
Yayılması
Qara və Azov dənizlərinin şortəm sularında, limanlarında, körfəzlərində, çaylarında,eləcə də su anbarlarında, göllərində geniş yayılmışdır.Xəzər dənizində kütləvi növ şimal hissədədir. Samurdan Pirşağıya və Salyan reydindən Astaraya qədər seyrəkdir.
Yaşayış yeri və həyat tərzi
Həm şirin sularda və həm də çox duzlu sularda yaşayır.Suyun temperaturu 4-20 C olduqda onun üçün əlverişli şərait olur.Kiçik bentik onurğasızlarla qidalanırlar.2 ildən az yaşayırlar.
Çoxalması
İlk qışdan sonra çoxalmağa başlayırlar.Dişilər bir mövsüm ərzində bir neçə dəfə kürü verə bilərlər.Kürüsünü hissə-hissə daşların, bitkilərin və ya molyuskaların çanaqlarının altına qoyurlar.
Təsərrüfat əhəmiyyəti
Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfindən ovlanır.
Ədəbiyyat
Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 145. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,.
İstinadlar
Kateqoriya:Xulkimilər Kateqoriya:1877-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Ukrayna balıqları