Teqethoff burnu — Frans-İosif Torpağına daxil olan Hall adasının cənubunda yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir.

Coğrafiya Burun ərazisi bütünlüklə buzdan azaddır. Ərazisi qum və gildən təşkil olunmuşdur. Burnun cənub hissəsində hündürlüyü 25 və 60 metr olan qaya vardır. Burun cənubdan Barens dənizi, şimaldan isə Surovaya körfəzi ilə əhatələnir.

Tarixi Frans-İosif Torpağı arxipelaqının kəşfi Teqethoff burnundan başlayır. Avstriya ekspedisiyası başda Karl Veyprext və Yulius Payer "Admiral Teqethoff" ()Exploring Polar Frontiers: A Historical Encyclopedia — A To L and M To Z. William James Mills. 2 vol. Santa Barbara, CA: ABC CLIO, 2003. ISBN 1-57607-422-6, стр. 507 yelkənli-buxarlı şxununda Şimal dəniz yolunu aşkarlamaq məqsədilə Yeni Torpaq arxipelaqına üz tuturlar. Onların gəmiləri buzların arasında sıxılaraq qalır. Dreyf edən buzlaq ekspedisiyanı şərbə doğru aparır. 30 avqust 1873-cü ildə Hall adasının Teqethoff burnuna gəlib çatırlar. Tarixi hadisənin şərəfinə burunda "Admiral Teqethoff" şxununa adidə ucaldılır.

Burnun əlverişli yerdə yerləşməsi ilə əlaqədar olaraq burada dəfələrlə digər ekspedisiyalar yan almışdır.

XX əsrin 90-cı illərində burunda Avstriya kinostudiyası adaları ilk kəşf edənlər haqqında sənədli film çəkmişdir

Mənbə Arktika, Teqethoff burnu, Hall adası, iyul 2008, Yaroslav Nikitin

İstinadlar

Kateqoriya:Rusiya burunları Kateqoriya:Avropa burunları Kateqoriya:Barens dənizi burunları Kateqoriya:Frans-İosif Torpağı burunları