Yoxdubeləsöhbət — Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film.

Məzmun Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar.

Film haqqında Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı həştəq ilə — #yoxdubeləsöhbət — yazılmışdı.

Film musiqisi Uran — "Yenə də fırlanır" Barfly — "Kağız" DədəBaba — "Dağların başı" DiHaj — "Eşqini Aşağı Sal" İsrail Məmmədov — "Şəlaləm" Kim Seoq — "Anadır arzulara hər zaman Qarabağ" Yaşar Baxışın rəhbərliyi altında "Bizimkilər" layihəsi — "Jingle Bells" Ya Tosiba — "Maşın" Selda Bağcan — "Yaz, gazeteci, yaz" Xpert ft. Lüter — "Napoli xatirəsi" Yuxu — "Xəyalpərəst" Yuxu — "Aldatdın məni sən" Aysel Məmmədova — "Dilbərin ariyası" Azər Cırttan — "Niyə belə uzundur bu yollar"

Linklər Yoxdubeləsöhbət — Facebook Yoxdubeləsöhbət — CinemaPlus Yoxdubeləsöhbət — Youtube — Treyler

Kateqoriya:2017-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Bakıda çəkilən Azərbaycan filmləri Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Bədii filmlər Kateqoriya:Romantik komediya filmləri Kateqoriya:Rüfət Həsənovun filmləri