thumb|"PHotoEspaña 2017"nin rəsmi afişası PHotoEspaña () — Madriddə fotoqrafiya və vizual incəsənətlə bağlı keçirilən beynəlxalq festival. Festival 1998-ci ildən bəri keçirilir. Festivalın proqramı ispan və beynəlxalq təsvirçilərin əsərlərini təqdim edir. Festivalın müxtəlif kateqoriyalara sahib olan bir mükafat proqramı var. "PHotoEspaña 2018" 6 iyun–26 avqust tarixləri arasında keçiriləcək.

Mükafatlar

Kəşf mükafatı "PhotoEspaña ən yaxşı portfel üçün kəşf mükafatı" (), 1998-ci ildən bəri verilən bir mükafatdır. San-Paulu, Karakas və Madrid şəhərlərində keçirilən "PhotoEspaña portfel gözdən keçirişi"ndən iştirak edən hər kəsə açıqdır. Qalib növbəti "Photoespaña" sərgisində öz əsərini nümayiş etririr. 2014: "Moises" — Mariyela Sankari. 2015: "Parallel Crisis" — Yannis Karpouzis.

Ən yaxşı fotoqrafiya kitabı (beynəlxalq) 2010: "Atlas Monographs" — Maks Pam (en). 2014: Party — Kristina-de-Middel.

Ən yaxşı fotoqrafiya kitabı (milli) 2014: "Ostalgia" — Simona Rota.

İlin ən məşhur nəşriyyat evi 2014: Devi Levis (en).

İnsan dəyərləri üçün PhotoEspaña və OjodePez mükafatı 2014: Aytor Lara.

PhotoEspaña mükafatı 2014: Ramón Masats.

Bartolomé Ros mükafatı 2014: Qervasiyo Sançes.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1998-ci ildə yaranan festivallar Kateqoriya:İspaniya festivalları Kateqoriya:Fotoqrafiya festivalları