Qız qalası – Şərur rayonu ərazisində e.ə. III minilliyə aid yaşayış yeri.

Ümumi məlumat Qız qalası yaşayış yeri Aşağı Yaycı kəndinin cənub-qərbində, Uzunqaya dağ silsiləsinin Arpaçaya endiyi yerdə yerləşir. O, şərqdə Arpaçay vadisi və su anbarı ilə cənubda düzənlik sahə, şimal və qərbdə isə dağlarla əhatələnmişdir.Baxşəliyev V.B. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, 301 s. Qız qalası yaşayış yeri ilk dəfə 2011-ci ildə qeydə alınmışdır. 2011-ci ildə Elmar Baxşəliyev tərəfindən yaşayış yerində yoxlama qazıntısı aparılmış, 2011-2013-cü illərdə yaşayış yeri V.Baxşəliyev, L.Ristvet və E.Hammer tərəfindən kəşfiyyat xarakterli araşdırmalarla öyrənilmişdir. 2014-cü ildə Vəli Baxşəliyev, Lauren Ristvet, Hilary Gopnikin rəhbərliyi ilə yaşayış yerində arxeoloji qazıntılara başlanılmışdır.

Tədqiqi Qız qalası yaşayış yerinin Orta Tunc dövrünə aid sahəsi 13 hektardır. Yaşayış yerində aparılan araşdırmalar zamanı Orta Tunc dövrünün müxtəlif mərhələlərinə aid maddi mədəniyyət nümunələri, o cümlədən iki müdafiə divarının qalıqları aşkar olunmuşdur. Müdafiə divarlarından birinin uzunluğu 6 m, eni bəzi yerlərdə 1,8 m, bəzi yerlərdə isə 90–1 m arasında idi. Divarın inşası nizamsız quruluşu ilə fərqlənirdi. Divarın alt qismindən götürülən kömür analizi bu divarın e.ə. 1450-ci ildə inşa olunduğunu təsdiq etmişdir.Baxşəliyev V.B. Ristvet L. Gopnik H. Sverida J. Nugent S. Qızqalası yaşayış yerində 2015-ci ildə aparılan arxeoloji araşdırmalar. AMEA-nın xəbərləri, 2016 №2, s. 178-193 İkinci müdafiə divarının irihəcmli daşlardan inşa olunması ilk baxışda Dəmir dövrünün siklop tikintilərini xatırlatsa da, karbon analizləri e.ə. 2135-ci ilə aid olduğunu göstərmişdir.Baxşəliyev V.B. Ristvet L. Gopnik H. Qızqalasında arxeoloji tədqiqatlar. AMEA-nın Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun 2016-cı il üçün Hesabatı. 2016, s. 23-30. Bu da Orta Tunc dövrünün erkən mərhələsinə uyğun gəlir. Belə nəticəyə gəlmək olar ki, Naxçıvanda bu cür qala tipli yaşayış yerləri Erkən Orta Tunc dövründən mövcud olmuşdur. Orta Tunc dövrünə aid mədəni təbəqənin qalınlığının 3 m-dən artıq olması yaşayış yerində uzun müddət məskunlaşma olduğunu göstərir.

Orta Tunc təbəqəsi

Orta Tunc dövrü təbəqəsindən aşkar olunan keramika məmulatını iki qrupa ayırmaq olar. Birinci qrupa qırmızı rəngdə bişirilmiş monoxrom və polixrom boyalı qablar aiddir. İkinci qrupa boz, yaxud qara rəngdə bişirilmiş qablar aiddir. Qız qalası yaşayış yerindən aşkar olunan keramika parçaları əsasən küpə, çölmək və kasa tipli qablardan ibarətdir. Qız qalası yaşayış yerinin maddi-mədəniyyət nümunələri boyalı qablar mədəniyyətinin səciyyəvi cəhətlərini özündə əks etdirməklə müəyyən lokal xüsusiyyətlərə də malikdir. Orta Tunc dövrü keramikası üçün xarakterik olan iri və narın qum qarışığı olan gildən hazırlanmış, yaxşı bişirilmiş, hər iki tərəfi cilalanmış boyalı qablara burada da rast gəlinir. Qırmızı boya üzərinə qara rənglə çəkilmiş dalğalı xətlər, sınıq xətlər, torlu üçbucaq, bitişik üçbucaq, həndəsi formalı naxışlar digər Orta Tunc dövrü keramikaları ilə bənzərdir. Keramikaların ornamentlərində lokal xüsusiyyətlər olsa da, Cənubi Azərbaycanda Göytəpənin D, C təbəqəsi, Haftavantəpənin VI təbəqəsi, Dinkatəpənin IV D təbəqəsi ,Baxşəliyev V.B. Azərbaycan Arxeologiyası. Bakı: Elm, 2007, 240 s. Şortəpə,Əliyev V.H.Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı: Elm, 1977, 168s II KültəpəBaxşəliyev V.B. Naxçıvanın qədim əkinçi-maldar tayfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 s. Quyuludağ,Bakhshaliyev V.B, Catherine Marro. The archaeology of Nakhchivan: ten years of new discoveries. İstanbul: Ege yayınları, 2009, 118 s. Çalxanqala, Yaycı, Kərki,Seyidov A.Q. Naxçıvan Tunc dövründə. Bakı: Elm, 2002, 334 s. ŞahtaxtıBelli Oktay, Bahşaliyev V.B. Nahçıvan bölgesinde Orta ve Son Tunc Çağı boya bezemeli çanak çömlek kültürü // Middle and Late Bronze Age Painted Pottery culture of the Nakhchivan Region. İstanbul: Arkeoloji ve Sanat, 2001, 120 s. abidələrindən tapılan qablara çox yaxındır. Ikinci qrupa daxil etdiyimiz boz, qara və çəhrayı rəngli keramikaya Azərbaycanın Orta Tunc dövrünə aid müxtəlif abidələrində rast gəlinir. Boz rəngli keramikanın lokal xüsusiyyətlərinə baxmayaraq, Orta Tunc dövrü mədəniyyətinin əsas xüsusiyyətlərini əks etdirir.

Dövrləşdirilməsi Keramika məmulatının təhlili və karbon analizlərin nəticələrinə görə Qız qalası yaşayış yerini aşağıdakı şəkildə dövrləşdirmək olar: Erkən Orta Tunc dövrü - e. ə. 2200-1750-ci illər. Orta Tunc dövrünün ikinci mərhələsi – e. ə. 1800-1600-cü illər Orta Tunc dövrünün üçüncü mərhələsi – e. ə. 1600-1400-cü illər Son Tunc dövrü – e. ə. 1450-1200-cü illər. Erkən Dəmir dövrü – e. ə. 1200-900-cü illər. Yaşayış yerində mədəni təbəqənin qalınlığı və boyalı qablar mədəniyyətinin bir neçə mərhələsinin izlənməsi bu mədəniyyətin Naxçıvanda formalaşdığını, buradan isə Cənubi Qafqazın digər rayonlarına yayılması ilə bağlı fikirləri bir daha təsdiq edir.

İstinadlar

Kateqoriya:Şərur rayonunun qədim yaşayış yerləri