Dönüş — Rüfət Əsədovun filmi. Film 2018-ci ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında, Qarabağ müharibəsi iştirakçısı, tibb xidməti kapitanı, hərbi həkim İmran Qurbanov haqqında çəkilmişdir. Tammetrajlı sənədli filmdir.

Məzmun Filmdə İmran Qurbanovun həyat yolu, könüllü hərbi həkim kimi döyüşlərdə iştirakı, xüsusilə də Qarabağ müharibəsi zamanı rəhbərlik etdiyi tibb bölüyünün Ağdərə, Kəlbəcər, Laçın və Murovda gedən döyüşlər zamanı fəaliyyəti əks olunub.

thumb|Filmin qəhrəmanı hərbi həkim İmran Qurbanov

Filmin heyəti

Film üzərində işləyənlər İdeya müəllifi: Rüstəm Dastanoğlu Ssenari müəllifi: Orxan Fikrətoğlu Quruluşçu rejissor: Rüfət Əsədov Rejissor: Rüfət Əsədov Operator: Röyal Quluzadə Montaj rejissoru: Tofiq Teymuroğlu Prodüserlər: Nail Qurbanov, Zövqü Quliyev Posterin dizayneri: Vüsal Nazimoğlu Musiqilərindən istifadə edilən bəstəkar: Şəmistan Əlizamanlı

Filmdə iştirak edənlər Şəmistan Əlizamanlı — hərbi diktor Rüstəm Dastanoğlu — dostu Rey Kərimoğlu — Qarabağ qazisi Nail Qurbanov — qardaşı Sevinc Qurbanova — həyat yoldaşı Vaqif Namazov — dostu Aslan Həşimov — hərbi həkim

Mükafat və nominasiyalar

Filmin təqdimatı thumb|Dönüş filminin təqdimatı 17 aprel 2018-ci ildə Nizami Kino Mərkəzində filmin təqdimatı olmuşdur. Təqdimatda İmran Qurbanovun döyüş dostları, Qarabağ qaziləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Təqdimatdan əvvəl keçirilən tədbirdə Azərbaycanın hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, filmin rejissoru və ssenaristi öz fikirlərini bölüşüblər. İmran Qurbanov çıxış edərək filmin çəkilişində əməyi olan və tədbirə qatılan hər kəsə öz minnətdarlığını bildirib.

Filmi izlə Dönüş filmi Youtube saytında

İstinadlar

Xarici keçidlər

Kapitan Qurbanovun "Dönüş"ü — TƏQDİMAT — APA TV — YouTube saytı

Kateqoriya:2018-ci ilin Azərbaycan filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər Kateqoriya:Azərbaycan sənədli filmləri Kateqoriya:Bakıda çəkilən Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər