() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Statusu Nadirdir.
Kateqoriyası (VU). Mənfi təsirlərə həssasdır.
Genefond əhəmiyyəti Cinsin 5 növündən biridir.
Qısa təsviri Bozqır (çöl) qartalından az kiçikdir. Səsi bərk çıxır– "kiyak-kiyak". Rəngi qara-qonurdur.
Yayılması Avropa və Asiyada yayılıb. Azərbaycanda miqrasiya vaxtında olur, düzənlikdə tək-tək qışlayır.
Yaşayış yeri və həyat tərzi Mart-apreldə və bir də sentyabrda dağda və düzəndə görünür. Seyrək hündür ağac olan sahələri xoşlayır. Azərbaycanda miqrant populyasiyası qurbağa, kərtənkələ, siçanabənzər gəmiricilər və quşlar ilə yemlənir. Lakin yediyi quşların çoxu ovçular tərəfindən yaralanmış olanlardır.
Sayı XX əsrin axırına qədər adi saylı, sonralar isə nadir olub. Qışlamasını təsdiq edən müşahidə yoxdur. Son 10 ildə qışlamasını heç kim görməyib. Miqrasiya dövründə isə 2000-ci ildə cəmi 46 quş qeyd edilib. Son 10 ildə 30 quşdan çox olmayıb, yəni 35 % azalıb.
Məhdudlaşdırıcı amillər Azərbaycandan keçən populyasiyanın sayı Xəzər dənizindən şimala tərəf yerləşən ərazidən (Rusiya) asılıdır. Azərbaycanda miqrasiya dövründə olarkən zərərli hesab edilib ovlanması da nadir olmasına rəvac verib.
Əhali üçün əhəmiyyəti Siçan yeməsi faydalıdır. Sanitar əhəmiyyəti də var.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Bioloji müxtəlifliyin saxlanılması prinsipinə əsasən, CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib. Beynəlxalq miqyasda qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Əhaliyə tanıdılması və qorunmasının vacibliyinin əhaliyə geniş izah edilməsi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İndoneziya quşları Kateqoriya:İran quşları Kateqoriya:Rusiya quşları Kateqoriya:1811-ci ildə təsvir edilən quşlar Kateqoriya:Həssas növlər Kateqoriya:Afrika quşları Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları