"Abbas və Gülgəz" – XVII əsr Azərbaycan məhəbbət dastanı.
Haqqında Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi yolu ilə yaradılmışdır. Xalq içərisində sevilib geniş yayılan "Əsli və Kərəm", "Abbas və Gülgəz", "Seydi və Pəri", "Məhəmməd və Güləndəm", "Leyli və Məcnun" və s. dastanları bu qəbildəndir. Abbas və Gülgəz XVII əsrdə yaranmış Azərbaycan məhəbbət dastanlarından biridir. Ehtimal olunur ki, Aşıq Abbas Tufarqanlının həyatı və şeirləri əsasında qoşulmuşdur.
Məzmunu Abbasın sevgilisi Gülgəz zorla şah sarayına aparılır. Abbas müxtəlif çətinliklərdən keçərək məhəbbətinə qovuşur. Dolğun lirik-epik surətlər, gərgin süjet xətti "Abbas və Gülgəz"-i orta əsrlər Azərbaycan məhəbbət dastanının kamil nümunəsi səviyyəsinə yüksəltmişdir.
Başına döndüyüm, qurban olduğum, Abbas, apardılar yarını sənin. Alışıb oduna, büryan olduğum, Abbas, apardılar yarını sənin.
Köç-köç oldu, kəcavələr düzüldü, Axdı eyni yaşı, üzə süzüldü, Geri baxdı, əli sənnən üzüldü, Abbas, apardılar yarını sənin.
Mən Qənbərəm, söyləmərəm heç yalan, Sarı Xoca, Becan, Allahverdi xan, Elinə, ölkənə saldılar talan, Abbas, apardılar yarını sənin..
Variantları Dastanın indiyədək yeddi variantı toplanmışdır.
İstinadlar
Mənbə Azərbaycan məhəbbət dastanları. 5 cilddə. C.2. B., 2005. Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 108–112. M. H. Təhmasib Azərbaycan xalq dastanları (orta əsrlər). B., 1972; P. Əfəndiyev Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 1981; V. Vəliyev Azərbaycan folkloru. B., 1985; Azərbaycan ədəbiyyatı tarixi. C.1. B., 2004.
Xarici keçidlər Abbas və Gülgəz Hikayesi Tam Metni II. Bölüm Aşıq Mahmud Abbas və Gülgəz dastanı 1998-ci il Aşıq sənəti / Dastanlar / "Abbas və Gülgəz" dastanı
Kateqoriya:Dastanlar