Nasikabatrachus sahyadrensis — Nasikabatrachus cinsinə və Nasikabatrachidae mono fəsiləsinə aid olan qurbağa növü. Hindistanın Qərbi Qat dağları ərazisində yayılmışdır.
Tarixi Növ yalnız 2003-cü ildə qeydə alınmış və təsnifatı təsdiqlənmişdir. Bu canlılar cəmi 14 km² ərazidə yayılmışlar. Bu canlıların ən yaxın qohumları olan Seyşel qurbağaları onların yaşadığı arealdan 3 min km cənubda yayılmışdır.. Ancaq bu canlıları kəşf edən Bidcu onları ayrı sinifə aid edir.Первооткрыватель самой маленькой в мире лягушки индийский профессор Биджу удостоен премии Всемирного союза охраны природы
Həyat tərzi Nasikabatrachus sahyadrensis ilin böyük hissəsini torpağın altında keçirir. Yalnız ildə 2 həftə mussonlar dönəmində cütləşmək məqsədilə torpağın səthinə çıxır. Bu xüsusiyyət bu qurbağaların aşkarlanmasına maneə olmuşdur. Qidalanmaq məqsədilə torpağın səthinə çıxmırlar. Sadəcə yer altında termitlərlə qidalanırlar.
Təsnifat Nasikabatrachus latın adını qəribə burnuna görə almışdır.
Təsviri Bədəni yumru formalıdır. Ətraflar qurbağanın digər növlərində olduğu kimi kənara çıxır. Kiçik başa sahibdirlər. Sakit halda olan qurbağa bir jeleni xatırladır və bənövşəyi rəngdə olur. Uzunluqları 5–9 sm arasında dəyişir. Növün qeydə alınması zamanı araşdırma işləri aparılan qurtbağanın uzunluğu 7 sm ollmuşdur.
Maraqlı fakt 2008-ci ildə Scienceray saytının əsas aparıcılarından biri olan Çan Li Pen Nasikabatrachus sahyadrensis qurbağasını dünyanın 20 ən qəribə və çirkin heyvanları siyahısına daxil etmişdir.
Şəkil
Video və audio
İstinadlar
Xarici keçidlər
Maraqlı heyvanlar: Purpur qurbağası Kateqoriya:Suda-quruda yaşayanlar Kateqoriya:Quyruqsuzlar Kateqoriya:Hindistan faunası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənubi Asiya faunası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər