Müsəlman-türk qətliamları, türk qətliamları ya da türk qırğını, Osmanlı imperiyasının dağılma və Rusiya imperiyasının Qafqazda hakim olduğu dövrdə müsəlman olmayan etnik qruplar tərəfindən başda türklər olmaqla müsəlman əhaliyə qarşı etnik təmizləmə. Justin Makkarty bu hadisələrdən bəhs edərkən, öldürülənlərin əksəriyyətinin türkcə danışdığını bildirmişdir. Makkarty, 1821–1822-ci illər arasında təxminən 5.5 milyon türkün Avropadan sürgün edildiyini və 5 milyondan çoxunun öldürüldüyünü ya da qaçarkən xəstəlikdən, aclıqdan öldüyünü təxmin etməkdədir. Etnik təmizləmə 1829–1830-cu illərdə serb və yunanların müstəqilliklərini qazanmalarının, 1877–1878-ci illərdə 93 Hərbinin, 1905–1907 I Rus inqilabı zamanı Qafqazdakı güc boşluğunun yaranmasının, 1912–1913-cü illərdə Balkan müharibələrinin, 1918–1920-ci illərdə Qafqazda yeni respublikalar yaranmasının, Birinci Dünya müharibəsi və sonrakı dövrdə erməni üsyanları, quldur dəstələri ilə Türkiyə İstiqlaliyyət Müharibəsi zamanı Anadolunun yunanlar tərəfindən işğalı nəticəsində meydana gəldi. Maykl Mann 1914-də, Karnegie Endovment adlı məruzəsində bu hadisələrin Avropada daha əvvəllər görülməmiş ölçüdə etnik təmizləmə olaraq ifadə etmişdi. XX əsrin əvəllərində Balkanların Osmanlı idarəçiliyindəki bölgələrdə 4.4 milyon türk yaşamaqda olduğu təxmin edilir. Mariya Todorovaya görə, XIX əsrin son 30 ilində bir milyondan çox müsəlman Balkanları tərk etmişdir. 1912–1926-cı illər arasında 2.9 milyona yaxın müsəlman ya öldürülmüş ya da Türkiyəyə köç etməyə məcbur edilmişdir. Birinci Dünya müharibəsi və Türk İstiqlaliyyət müharibəsi zamanı Anadoluda 2.5 milyon türkün öldüyünə dair iddialar vardır. XIX əsrin sonu v\ XX əsrin əvvəllərində erməni quldur dəstələri tərəfindən Qafqazda edilən qətliamların qurbanlarının sayı bardəə müxtəlif rəqəmlər səsləndirilir. Bu rəqəmlər təxminən 2.5 milyon həndəvərindədir. 1877–1878 Rus-türk müharibəsi zamanı Justin Makkarty 260 min insanın tleyinin naməlum olduğunu yazsa da, Kamal Karpat bu sayı 300 min göstərir.
Yunan müstəqillik hərəkatları Yunan müstəqillik mübarizəsi dövründə, yunan əsgərlər tərəfindən bölgədə yaşayan türklərə və albanlara qarşı qətliamlar olmuşdur. Yunanıstanın hər yerində baş verən bu cür hücumlar zamanı Uilyam Oqden Nilesin yazdığına görə 3 min nəfərdən çox insan öldürülmüşdür.
Peloponnes Peloponnesdə yaşayan türk və alban kökənli əhali, xüsusilə də yunan əsgərlərin üstün olduğu bölgələrdə qətliamlara məruz qaldı. Peloponnesdəki türk və alban topluluqları yox oldu. Tarixçilər bu müddətdə yarımadada ümumilikdə keşişlərin təşviqi ilə 20 mindən çox müsəlman-türkün öldürüldüyünü bildirir. Bəzi tarixçilər isə bu sayını 15 min olaraq göstərməkdədir. Lakin təkcə Tripoliçe qətliamında 35 min türkün öldürüldüyünə dair də məlumatlar vardır. Rus hərbçiləri və yunanlar, 1770-ci ildə Mistras kəndində 400 türkü öldürmüşdür. Türk uşaqlar minarələrdən aşağı atılmışdır. Uilyam Oqden Nilesin bu üsyanlar zamanı tutduğu qeydlərə görə Patras kəndinin türk əhalisi də tamamən öldürülmüşdür. 1821, avqustda Monemvasia qəsəbəsinin türk sakinləri uzun müddət davam edən mühasirə nəticəsində aclıqla üzləşdilər. Hətta ac əhali meyidləri belə yeməyə çalışdı. Yunanların təslim olacaqları halda onları Anadoluya aparacağı vədinə qarşılıq şəhər təslim edildi. Türklərin bir çoxu öldürüldü. Bir qrupu insan yaşamayan adaya buraxıldı və sonda fransız bir tacir tərəfindən xilas edildilər. Uilyam St. Kleirə görə, "Peloponnesdəki soyqırım ancaq öldürəcək başqa türk qalmadığında sona çatdı."
Navarin qətliamı Yunanlar tərəfindən mühasirəyə alınan Navarin şəhərinin türk əhalisi aclıq yaşayırdı. Sonda türklərin etibarlı şəkildə Misirə göndərilmələrinə qərar verildi. Bu şərtlə şəhər qapıları yunanlar üçün açıldı. Yunanlar qaça bilən 160 nəfər şəxsdən başqa yerdə qalan 3 min nəfər öldürüldü.
Tripoliçe qətliamı Tripoliçe qətliamı Moreya üsyanı zamanı bölgədə türklərə qarşı edilən qətliamların ən böyüyüdür. Şəhərin yunanların əlinə keçməsindən bir necə gün sonra şəhərə gələn Britaniyalı Tomas Qordon, 8 min şəxsin öldürüldüyünü bildirmişdir. Qətliamdan bəzi qul kimi saxlanılan qadınlar və pulla dəyişdirilmək üçün öldürülməmiş bəzi tanınmış türklər sax qurtula bildi. Justin Makkarty isə qətliamda ölənlərin sayının 35 min nəfər olduğunu bildirir. Teodor Kolokotronis qətliamdan bu sözlərlə bəhs etmişdir:
Orta Yunanıstan Afinada sadəcə 190-ı hərbi xidmətə uyğun olan 1190 türk həyatlarına toxunulmayacağı barədə yunan tərəfinin söz verməsinən sonra təslim oldu. V. Alison Flippsə görə bu qorxunc savaşda çox vaxtı olduğu kimi bu dəfə də təslim olan əhali öldürüldü. Agrinio qəsəbəsində yaşayan 500 türk ailəsi və 200 yəhudi ailəsinin hamısı öldürüldü.
Egey adaları Yunanıstanın müstəqilliyini qazandığı dövrdə Egey adalarında da türklər öldürülmüşdür. 1821-ci ilin mart ayında, yunanlar tərəfindən Sakız adasına bir hücum təşkil edildi və türklər öldürüldü. Egey adaları Osmanlıya qarşı üsyan edən yunanlar, bölgədən keçən türk ticarət gəmilərinə və digər mülki gəmilərə belə hücumlar etdilər. Teodoros kolokotronis Hydra adasında 90-dan çox müsəlmanın öldürüldüyünü bildirir. Hydrada adanın müsəlman sakinlərinə edilən qətliamın xaricində bir gəmidəki bütün müsəlmanlar da öldürüldü.
Bolqarların etdiyi qətliamlar
Aprel üsyanı Aprel, 1876-cı ildə başlayan bolqar üsyanının başlanğıcında yüzlərlə türk öldürüldü. Bəzi mənbələrə görə ölən türk sayı 1000 nəfər olmuşdur. Stanford J. Shou Bolqarıstanda 4 min xristian mülki əhalinin öldüyünü, ölən müsəlman sayının isə bundan daha çox olduğunu yazmış, müsəlman və xristian kəndləri arasında qarşılıqlı qətliamlar olduğunu bildirmişdir. Lord Konrossa görə, "onlar vəhşicəsinə müsəlman türklərinə hücum etdilər və qətl etməyə başladılar." Dennis P. Hupchickə görə, "Pis silahlandırılan dağınıq üsyançılar, yeni yazılan vətənpərvər mahnılarını oxumaqdan və çoxu sülhpərvər olan müsəlman qonşularını doğramaqdən başqa demək olar ki, heç nə eləmədilər."
Bolqarların etdiyi digər qətliamlar Osmanlı arxivlərinə görə 1908-ci ildə bolqar quldur dəstələri, 1877–1878-ci illər müharibəsi zamanı Balkanlardakı türk kəndlərinə hücum edərək, dinc əhalini qəlt edirdi. 1912, noyabrda, indiki Makedoniyada olan Ustrumca kəndində Bolqarlar 30 türkü öldürdü. Yenə 1912-ci ilin sonlarında bolqarlar Makedoniyada müsəlmanlara qarşı bir ay davam edən bir qətliam etdilər və 3–4 min dinc insan öldürüldü.
1877–1878-ci illər müharibəsi Bu müharibə zamanı olan itkilər haqqında dəqiq saylar məlum deyil. Riçard J. Krampton 130.000–150.000 nəfərlik toplu köçün olduğunu və bunun təxminən yarsıının Berlin konqresi zamanı cəsarət edib, geri döndüyünü ifadə etmişdir. Dennis Hupchik və Justin Makkarty isə 260.000 nəfərin itkin düşdüyünü və 500.000 nəfərin qaçqın olduğunu bildirmişdir. Kamal Karpat isə 300.000 nəfərin öldürüldüyü və 1–1.5 milyon nəfərin köç etməyə məcbur edildiyini müdafiə etmişdir. Nedim İpek də bu rəqəmləri vermişdir. Bir başqa ABŞ mənbəsi müharibə zamanı 400.000 türkün öldürüldüyünü və 1 milyon türkün köç etməyə məcbur edildiyini bildirir. Fransız komandanı Romieu Hərbi nazirliyə göndərdiyi məruzəsində 1878 və irəliləyən illərdə, erməni dəstələrinin türklərə qarşı terror həyata keçirdiyini bildirmişdir. Rus və bolqar hərbi dəstələri cənuba doğru irəlilədikcə yerli türklərə qarşı qətliamlar törədirdilər. O dövrə aid Britaniya sənədlərində qətliamlarla bağlı məlumatlar vardır. Bu məruzələrə görə İssova Bala (Yuxarı İssova) kəndində 170 evdən 96-sı və məktəb yandırılmışdır. Yuxarı Sofular kəndi əhalisinin qətl edildiyi, bundan əvvəl isə kənddəki 120 evdən 13-ünün, məktəbin və məscidin də yandırılmışdır. Qozluca kəndində 18 türk öldürülmüş və meyidləri yandırılmışdır. Qızanlıq qəsəbəsində də türklər öldürülmüşdür. İngilis məruzələrinə görə Qızanlıq yaxınlarındakı Muflis kəndində rus və bulqarlardan ibarət bir qrup tərəfindən 127 nəfər öldürülmüşdür. Rus qaynaqlarına görə, Osmanlının Qafqazda itirdiyi torpaqlardan 1881-ci ilə qədər 82 min türk Qars bölgəsinə köç etmişdir
Balkan müharibələri və Birinci Dünya müharibəsində Balkanlar
-Karnegie Endovment raportu
Balkan müharibələri zamanı bolqarlar, yunanlar və ermənilərin türklərə və müsəlmanlara qarşı etdikləri qətliamlar, 1912 Karnegie Endovment raportunda ətraflı olaraq izah edilir. Dennis Hubchick Balkan müharibələrinin sonunda təxminən 1.5 milyon müsəlman-türkün öldüyünü və 400 mindən çox qaçqın olduğunu təxmin edir. Beynəlxalq raportlara görə Balkan müharibələri zamanı Serbiya və Çernoqoriya ordusu tərəfindən albanlara qarşı qətliamlar olmuşdur. I Balkan müharibəsi zamanı Serbiya və Çernoqoriya Osmanlı qüvvələrinin bügünkü Albaniya və Kosovadan qovulmasından sonra alban əhalisinə qarşı xeyli sayda cinayətlər işlədilər. Bunlar dövrün Avropa, Amerika və serb müxalifət qəzetlərində yer almışdır. Bu cinayətləri araşdırmaq üçün Karnegie Beynəlxalq Sülh Vəqfi xüsusi bir heyət qurdu və 1913-cü ildə Balkanlara göndərdi. Serb idarəçiliyində olan Kosova vilayətindəki qurban sayının ilk bir necə ayda 25.000 nəfər olduğu təxmin edildi. Juzuf Hamzaya görə Balkan müharibələri dövründə Makedoniya bölgəsində 300 mindən çox türk öldürülmüşdür. Bəzi türklər məcburi şəkildə xristianlaşdırılmışdır. Poroyda 200 min, Seresdə 10 min və Ədirnədə 5 min türk öldürülmüşdür. Karnegie Endovment məruzəsi Serezin bolqarlar tərəfindən ələ keçirilməsindən qısa müddət sonra türk sakinlərinin öldürüldüyünü bildirmişdir. Justin Makkarty Dramaya bolqarların girməsindən sonra yüzlərlə türkün öldürüldüyünü yazır. Dədəağac bolqarların "Makedon könüllüləri" tərəfindən alındığından sonra, şəhərdəki yüzlərlə türkün hamısı öldürülmüşdü. Danimarkanın Riget qəzeti üçün xəbərlər yazan Fritz Maqnussen, Kumanova-Üsküb bölgəsində 3000 albanın serblər tərəfindən öldürüldüyünü, alban kəndlərinin yandırılıb, evlərin sakinlərinin "siçanlar kimi" vurulduğunu yazıb. Priştinedə şəhərin müsəlman əhalisi şəhərin qalasına ağ bayraq sancaraq, serbləri aldadaraq bəzilərini öldürmüşdü. Bundan sonra serb ordusu şəhərə girdi və elə ilk gündəcə 5 min nəfər öldürüldü. Ferizovikdə albanların güclü müqavimətinə qarşı serblər şəhəri sonda ələ keçirə bildilər. Serblərin şəhəri ələ keçirməsinin ardından serb ordusunun komandanı tərəfindən xalqdan evlərinə dönmələri və silahlarını təhvil vermələri istəndi. Bundan sonra şəhər əhalisi güclü qətliama məruz qaldı. Birinci Dünya müharibəsi zamanı 1914, oktyabrda Doksatdakı yunanlar bölgədəki türklərə qarşı qətliamlar etdi. Sağ qalanlara isə torpaqlarını yunanlara verməsi barədə sənədlərə imza atdırdılar. Vodinada isə 300 türk öldürüldü. Dədəağacda isə Osmanlı arxivlərinə görə yunanlar "məzalim və qətliam" etmişlər. 1912 ilə 1922-ci illər arasında bölgədəki qətliamlar güclü bir formada davam etdi.
Türkiyə istiqlaliyyət müharibəsi 1919, 14–15 may günü İzmirin işğalından sonra yunan qüvvələri şəhərin türk əhalisinin bir hissəsini məhv etdi. Antanta mənbələrinə görə 15 may, 1919-cu ildə 300–400 türk öldürülmüşdür. Yunan ordusu Anadolunun içlərinə doğru irəlilədikcə bölgədə yaşayan türklər qətliamlar, təcavüzlər və sürgünlə qarşı-qarşıya qaldı. Bir Britaniyalı hərbçi Harold Armstrong yunan ordusunun İzmirdən Anadolunun içlərinə doğru irəliləyərkən mülkiləri öldürərək, yandıraraq, yağmalayaraq və təcavüz edərək getdiyini bildirdi. Britaniyalı tarixçi Arnold J. Toynbee, 15 may 1919-cu ildə İzmirin işğalından sonra təkil edilmiş "vəhşiliklərin" yaşandığını yazıb. Marjorie Housepian yunan işğalı zamanı İzmirdə 4 min türkün öldürüldüyünü yazmışdır. Manisadan verilən xəbərlərə görə, yunan ordusu mülkiləri güllələmiş və öldürmüşdür. 16–17 iyun, 1919-da Menemendə yunan əsgərləri bir qətliam etmiş, Avropa mənbələrinə görə bu qətliamda ən az 200 türk öldürülmüş, daha çox insan isə yaralanmışdır. Bəzi türk mənbələri isə ölü sayını 1000 olaraq göstərmişdir. Antanta dövlətlərinin zabiti Hatkinson Turqutlu, İzmir və Nazillidə yunanların türklərə qarşı qətliamlar keçirdiyini bildirmişdir.