Kinematoqraf (,  — "hərəkət" və  — "yazıram" sözlərindən) — kinofilmlərin istehsalını və tamaşasını təşkil edən mədəniyyət və təsərrüfat sahəsi. Bəzən sinematoqraf () və kinematoqrafiya (rus. кинематография) kimi də adlanır. İncəsənətin ən kütləvi növü olmaqla elmi və siyasi təbliğatın mühüm vasitəsidir. Kinematoqraf kino texnikası vasitələrinə malikdir. Filmlərin istehsalı kinostudiyalarda mərkəzləşmişdir. Kino plyonkası və aparatlarının hazırlanması ilə kino sənayesi məşğul olur. Filmlər kinoteatrlarda, səyyar kino qurğuları və televiziya ilə nümayiş etdirilir.

Tarixi thumb|Kinematoqrafiyanın banilərindən olan Lümyer qardaşları (solda Ogüst, sağda isə Lui Lümyer) Kinematoqrafiya elminin əsas predmeti film hesab olunur. 1832-ci ildə alman Simon Ştamfer və belçikalı Yozef Platyo bir-birindən xəbərsiz eyni vaxtda "canlı çarx"ı düzəldirlər. Bu çarx sehrli lampanın prinsipi ilə işləyirdi. O fırlandıqda onun üzərindəki şəkillərin ardıcıl hərəkəti nəticəsində səlis hərəkətli kadrlar almaq olurdu. Mühəndis Frans fon Uxatius 1845-ci ildə bu iki qurğunun kombinasiyasına əsaslanan yeni qurğu ixtira edir. Ancaq bu da uzun səhnələrin göstərilməsi üçün yararlı deyildi. İlk filmlərin əsasında cizgi dururdu. Filmin sonrakı inkişafı fotoqrafiya ilə bağlı idi. Yozef Niepse işığın müəyyən səthdə saxlanması üsulunu inkişaf etdirdikdən sonra Luiz Daqürr bu sahədə irəliyə doğru daha bir addım ataraq 1839-cu ildə özünün "Daqürretopiya" qurğusunu düzəldir. Bununla da ilk dəfə olaraq təbiətin əksini almaq mümkün olmuşdur. Daqürrotopiya əşyanın metal üzərindən foto pozitividir. Filmlərin çəkilişinə qədər hələ çox texniki maneələr aradan qaldırılmalı idi. Ayrıca şəkil üçün tətbiq olunan işıqlandırma vaxtı çox uzun idi. Bu sahədə dönüş 1872-ci ildə fotoqraf Edvard Meybridj tərəfindən atın hərəkətini çəkməsi ilə baş verir. Sonralar Ernst Kolrauş 1890-cı ildə Rayn ətrafında özü düzəltdiyi xronofotoqrafla ardıcıl şəkillər çəkir. Alman ixtiraçısı Ottomar Anşuts və fransız Etinne Marey düzəltdikləri "tez oxuyan elektrik qurğu" ilə bu sahədə irəliyə doğru növbəti addımı atmış olurlar. 1893-cü ildə Mareyin assistenti Demeni fotoxronoqrafiya qurğusuna patent alır. Fransız Luiz Le Prins İngiltərədə ilk birobyektivli film kamerasını düzəldir. 1888-ci ildə o bu kamera ilə şəkillər çəkir, bunlara artıq film demək mümkün idi. Luiz Le Prinsin ixtirası ilə tanış olmayan Vilyam Dikson 1891-ci ildə Tomas Edisonun müəssisəsində kineskop və kinemotoqrafı ixtira edir. Bu qurğuda sellüloid film lentləri obyektivin qarşısından keçirilə bilirdi. Ancaq bu kineskopdan yalnız bir nəfərin istifadəsi mümkün idi. Kinematoqrafiyanın banilərindən biri Lümyer qardaşları olmuşdur."La première séance publique payante", Institut Lumière Lui Lümyer və Ogüst Lümyer qardaşları 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoaparat ixtira edirlər. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər.

Həmçinin bax

3D film Kinoşünaslıq 360 dərəcə video Film tənqidi Ən yaxşı kinematoqrafiya üzrə Akademiya Mükafatı Quruluşçu operator Rəqəmsal kino Bədii film Film qrupu Film çəkilişi Kino nəzəriyyəsi Kinofilm terminlərinin lüğəti Kino tarixi Fotoqrafiya filmi Xüsusi effekt Videoqrafiya

İstinadlar

Ədəbiyyat Adil Əsədov. Kino sənəti fəlsəfi-estetik kontekstdə mövzusu ətrafında ötən əsrlərdən üzübəri davam edən virtual mükalimə // Adil Əsədov. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 1. Bakı, Elm, 2024. s.411-438

Adil Əsədov. İnsani mahiyyətin gerçəkləşdirilməsinə yönəldilə bilməyən həyatın vizual formatda gerçəklik illüziyası: kino // Adil Əsədov. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 2. Bakı, Elm, 2024. s.436-441

Xarici keçidlər

The History of Cinematography at Kodak. Burns, Paul. The History of the Discovery of Cinematography Kino в каталоге ссылок Open Directory Project (dmoz)

Kateqoriya:Kinematoqraf Kateqoriya:1895-ci ildə yarananlar Kateqoriya:Fransa ixtiraları Kateqoriya:Film Kateqoriya:Film və video texnologiyaları Kateqoriya:Film istehsalı Kateqoriya:Film texnikaları Kateqoriya:Film istehsalı Kateqoriya:Kino istehsalı