Əlcəzair Qırmızı Aypara Cəmiyyəti () — 1957-ci ildə təsis edilmiş Əlcəzair humanitar könüllü təşkilatıdır. Yalnız 1963-cü ildən Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı tərəfindən tanınmışdır.
Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin tarixi və yaradılması left|thumb|167x167px| Əlcəzair Qırmızı Aypara Cəmiyyəti Əlcəzair Qırmızı Aypara Cəmiyyəti 1954-1962-ci illərdə Əlcəzair müharibəsi dövründə Qırmızı Xaç Daxili Komitəsi (QXDK) tərəfindən ilkin humanitar missiyalar zamanı təsis edildi.Perret and Bugnion 2011, p. 713 Fransız hökumətinin əlcəzairli tələbələrə insan hüquqlarının öyrənilməsi sahəsində təhsillə təmin etməsinə baxmayaraq, onlar müəyyən siyasi hadisələrin baş verdiyi zamanlarda bu hüquqlara açıq şəkildə sahib çıxmadılar.Perret and Bugnion 2011, p. 708
Beynəlxalq Qırmızı Xaç Komitəsi ilk missiyasını 1955-ci il fevral ayının birində həbs zamanı insan haqlarının pozulmasına və kobud rəftara məruz qalan məhbuslara və onların ailələrinə yardım göndərdiyi zaman yerinə yetirmişdir. Bu müddət ərzində bir tibb işçisinin iştirakı ilə ƏQAC sanitariya obyektlərinin, yataqxanaların və mətbəxlərin vəziyyəti, həmçinin tibbi müalicə və sağlamlıq baxımından araşdırmalar aparmaq üçün həbsxanada olan məhkumlar və işçilərlə görüşlər keçirmişdir.Perret and Bugnion 2011, p. 715 Bu missiyanın müvəffəqiyyətlə həyata keçirilməsindən sonra cəmiyyət yenidən 1956-cı ilin may ayının 12-dən iyun ayının 28-nə kimi 61 həbs düşərgəsini ziyarət etdi və burada işgəncə və pozğunluq halları ilə qarşılaşdı.Perret and Bugnion 2011, p. 718 Bu kimi xoşagəlinməz tapıntılar cəzaçəkmə müəssisələrində insan haqlarını nəzarət etmək üçün daha cəlbedici bir vəziyyətə ehtiyac duyulduğunu göstərdi və 1957-ci ilin yanvar ayının 10-da Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin yaradılmasını sürətləndirdi.Perret and Bugnion 2011, p. 722 Təşkilat ilk dəfə Milli Azadlıq Cəbhəsinin liderinin sürgündə olduğu Mərakeşin Tanjer və Tunisin Tunis şəhərində yaradıldı. Mamiya Şentof Tunisdəki şöbənin təsisçilərindən biri idi. BQXK daxilində yaradılan Əlcəzair Qırmızı Aypara Cəmiyyəti 1956-cı ilin mart ayının 2-də yenicə müstəqilliyə qoşulan qonşu Mərakeşdə qırx min qaçqına yardım göstərdi.Perret and Bugnion 2011, p. 723
Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin missiyaları Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin 1957-ci ildə yaradılmasından sonra təşkilat Əlcəzair daxilində humanitar yardım göstərməyə davam etmişdir.
Həmçinin bax Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı
İstinadlar
Mənbə
Kateqoriya:Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Kateqoriya:1957-ci ildə yarananlar