Müqəddəs Nina Cəmiyyəti — XIX əsrdə Zaqafqaziyada fəaliyyət göstərmiş qadın xeyriyyə cəmiyyəti. Təşkilatın mərkəzi Tiflisdə idi.

Tarixi Qafqazda ilk xeyriyyə müəssisəsi olan Müqəddəs Nina cəmiyyəti 1846-cı il mayın 5-də Qafqaz canişini Mixail Vorontsovun yoldaşı Yelizaveta Vorontsova tərəfindən təsis edilmişdir. Yeni yaradılan bu cəmiyyətin əsas məqsədi aztəminatlı ailələrdən olan qızların təhsil alması idi. 1846-cı ilin sonunda tərtib edilmiş "1847-ci il üçün Qafqaz təqvimi"nə daxil olan yazılarda cəmiyyətin ilk üzvlərinin adlarını görmək mümkündür. Cəmiyyət fəaliyyətinin əvvəlində imperator I Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın himayəsi altında idi.

1860-cı ilin 3 oktyabrında Vorontsov cəmiyyətin nizamnaməsini təsdiq edir. Sənəddə "onun işlərində iştirak etmək arzusunu bildirmiş" hər bir qadının cəmiyyətə üzv ola biləcəyi qeyd olunmuşdu. Cəmiyyətə sədr, sədr müavini, beş üzv və katibdən ibarət idarə heyəti rəhbərlik edirdi.

1860-cı ilin 10 dekabrında İmperator II Aleksandr Müqəddəs Nina cəmiyyətinin yeni nizamnaməsini təsdiq edir. Nizamnamədə cəmiyyətin imperatriça Mariya Aleksandrovnanın himayəsi altında olduğu deyilir. Sənəddə qeyd olunmuşdu ki, cəmiyyət bu günə qədər Tiflis, Kutaisi və Bakıda təhsil müəssiləri açmışdır.Полное собрание законов Российской империи. Александр II. 36384 – 36385 Nizamnamənin 5-ci bəndində cəmiyyətin maliyyə mənbələri qeyd olunurdu. 13-cü bənddə isə deyilirdi ki, Qafqaz canişinin həyat yoldaşı cəmiyyətin ömürlük sədri seçilir. Əgər o ölərsə, bu zaman onun yerinə canişin tərəfindən Tiflisin əsas xanımlardan birini seçilməli idi.

İstinadlar

Həmçinin bax Müqəddəs Nina qız gimnaziyası

Kateqoriya:Azərbaycan təşkilatları Kateqoriya:Gürcüstan təşkilatları