Altıağac Dövlət Təbiət Qoruğu — Azərbaycanın Xızı rayonunda yerləşən dövlət qoruğu.
Yaradılmasında məqsəd 1990-cı ildə Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftının qorunub saxlanması, təbii komplekslərinin mühafizəsinin gücləndirilməsi və bərpası, eroziya proseslərinin qarşısının alınması, habelə Altıağac-Xızı zonasının bitki və heyvan növlərinin, onların qruplarının bərpa edilməsi məqsədilə 4438 hektar sahədə yaradılmışdır.
Qoruq ərazisinin meşələri Orta dağlıq hissədə yerləşən qoruğun ərazisində qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti tipləri hakimdir. Qoruq ərazisinin əsas hissəsini (90,5%) nisbətən cavan (40-60 yaşlı) pöhrəlik meşələr təşkil edir. Onları əmələ gətirən əsas ağac növləri Quercus petraea subsp. polycarpa, Qafqaz vələsi və şərq fıstığı, göyrüş, itiyarpaqlı ağcaqayından ibarətdir. Təmiz bir növdən ibarət meşələr çox azdır, əksər sahələr qarışıq tipli meşələrdən ibarətdir. Meşəsiz sahələr qayalıq, yarğan və keçmiş meşə altından çıxmış otlaqlardan ibarətdir.
Heyvanat aləmi Altıağac qoruğunun ərazisində cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlara. Qulardan qırqovula, alabaxtaya, qaratoyuğa, bildirçinə, çöl qartalına və s. rast gəlmək olur.
İstinadlar
Xarici keçidlər Dövlət təbiət qoruqları
Həmçinin bax Altıağac Milli Parkı
Kateqoriya:Azərbaycan qoruqları