thumb|Yarğu məscidi, burada Qazi Məhəmməd Gimravi imam seçilərək Rus imperyasına qazavat elan edilib. (H. Qaqarinin 1847-ci il tarixinə aid rəsm əsəri.) Şeyx Məhəmməd Yarğuvi () — ləzgi şeyx, Qafqazda müridizmin banisi, İmam Şamil Gimravinin, Qazı Məhəmməd Xuluxvinin və həmçinin bütün Dağıstan və Çeçenistanın imamlarının müəllimi.
Həyatı Şeyx Məhəmməd Yarğuvi 1771-ci ildə ləzgilərin yarğu sixilinə məxsus Yarğu kəndində (hal-hazırda Dağıstanın Suleyman-Stalski rayonu) anadan olmuşdur.
Təhsili İlk islami təhsilini doğma kəndinin mədrəsəsində almışdır. Həmçinin onun müəllimləri arasında Dağıstanın tanınmış dini alimləri olan Said Xaçmazski, Said Şinazski, Həsən Kudalinski və Məhəmməd-əfənd Axıtınski yer alır. Məhəmməd Yaraqski Şeyx İbrahim əfəndi ilə birlikdə Şeyx Mövlanə Hacı İsmayıl Şirvanidən dərs almışdır.
Qazavat İmam Məhəmməd, ilk dəfə 1823-cü ildə Yarağuda xalqa İslam dininin mahiyyəti və qanunlarını izah edən bir xütbə ilə çıxış etdi. İmam təliminin əsas prinsipləri aşağıdakılardan ibarət idiХ. Рамазанов. Магомед Ярагский - одержавший победу в битве за умы и сердца людей // Дагестанская правда. — 1996. — 31 октября.:
İmam bu sözləri, Ermolov Qafqaz dağlılara qarşı cəzalandırıcı ekspedisiyalarına başladığı dövrdə söylənilmişdi. Bu ekspedisiyalar yalnız maddi zərər və insanların ölümünə səbəb olmaqla qalmır, həm də dağlıların ticarət və dini azadlıqlarını məhdudlaşdırırdı.
1828-ci ilin sonunda Yarğuda bir iclas keçirildi, burada Şeyx Məhəmməd Yarğuvi, Qazi Məhəmmədi imam təyin edərək, Dağıstanda Çar Rusyası qüvvələrini devirmək üçün qazavat elan edilrДоного Х. М. Сверкающий газават. Имам Гази-Мухаммад. — Махачкала, 2007. — 168 с..
Mühacirət dövrü 1825-ci ildə Şeyx Məhəmməd həbs edilərək Qurax qalasına aparıb orda saxladılar, onu gücləndirilmiş mühafizə ilə Tiflisə, Yermolovun yanına aparmalı idilər, lakin o, müridləri tərəfindən azad edildi.
Ölümü 1838-ci ildə Soqratl kəndində (indiki Gunib rayonu) şeyx Rus Çar rejimi ilə döyüşdə həyatını itirir.
Məscid haqqında Hadisənin şahidi rus rəssamı Qriqori Qaqarin Yarğudaki məscidini belə təsvir edir:
Qeydlər
İstinadlar
Kateqoriya:Qafqaz imamları Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları