Botanika İnstitutu PHŞ— Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olan elmi-tədqiqat institutu. thumb|282x282px|AR ETN Botanika İnstitutu

Tarixi Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan AR ETN Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. 1999-cu ilə qədər Mərdəkan Dendrarisi (hazırkı AR ETN Dendrologiya İnstitutu), 2000-ci ilə qədər Nəbatat bağı şöbəsi (hazırkı Mərkəzi Nəbatat Bağı Publik hüquqi şəxs), 2016-cı ilə qədər Bioloji proseslərin fundamental problemləri şöbəsi (hazırkı AR ETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutu) Botanika İnstitutunun nəzdində inkişaf etmiş və fəaliyyət göstərmişdir.thumb|250 px|left thumb|AMEA-nın sərgisindəİİnstitutun təşəkkül tapmasında və inkişafında onun ilk direktoru, görkəmli botanik, Qafqaz florasının bilicisi, SSRİ Dövlət mükafatı laureatı, SSRi Elmlər Akademiyasının həqiqi üzvü A. A. Qrossheymin mühüm rolu olmuşdur. İnstituta akademik A. A. Qrossheymdən (1936–1947) sonra akademik M. H. Abutalıbov (1947–1950; 1962–1978), akademik H. Ə. Əliyev (1950–1952); b.ü.e.d. Ş. Ö. Barxalov (1952–1957), akademik V. X. Tutayuq (1957–1962), akademik U. K. Ələkbərov (1978–1988), akademik V. C. Hacıyev (1988–2008), müxbir üzv S. H. Musayev (2008–2010), akademik V. M. Əli-zadə (2011–2021) rəhbərlik etmişlər. 2021-ci ildən bugünədək İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır.

Ali bitkilərin hərtərəfli öyrənilməsi sahəsi üzrə qazanılmış nailiyyətlərdə azərbaycanlı alimlərin — H. Ə. Əliyev, Y. M. İsayev, V. X. Tutayuq, Q. F. Axundov, M. M. Abutalıbov, İ. S. Səfərov, Ə. X. Xəlilov, R. Y. Rzazadə, H. M. Qədirov, V. C. Hacıyev, R. Q. Əsgərova, S. H. Musayev, N. M. İsmayılov və başqa görkəmli alimlərin töhfələri qeyd olunmalıdır.thumb|250 px|Botanika İnstitutunun qarşısındakı hovuz.Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə elan edilmiş "Heydər Əliyev ili"nə töhfə olaraq 2023-cü ildə Botanika İnstitutu tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndərin 100 illiyinə ərmağan edilmiş Azərbaycanın "Qırmızı Kitab"ın hazırkı nəşrində 462 flora növü (425 bitki:383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun, 37 göbələk) öz əksini tapmışdır. Kitabın flora üzrə məsul redaktoru Botanika İnstitutunun baş direktoru S. C. İbadullayevadır. Dendrologiya İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E. T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir.

1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir.

2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır. 28 iyl 2022 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərmanı ilə Dendrologiya İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağı ilə qarşılıqlı əməkdaşlıq edir.

Laboratoriyalar Ali bitkilərin sistematikası laboratoriyası Mikologiya laboratoriyası Herbari fondunun təşkili və rəqəmsallaşdırılması laboratoriyası Geobotanika laboratoriyası Bitkiliyin transformasiyası, ekologiyası, xəritələndirilməsi laboratoriyası Etnobotanika laboratoriyası Bioloji ehtiyatlar və fərdi maddələrin alınması texnologiyası laboratoriyası Biomorfologiya və fitointroduksiya laboratoriyası Meşəşünaslıq laboratoriyası Dendroxronologiya və bitki mühafizəsi laboratoriyası Landşaft memarlığı və iqlimləşdirmə laboratoriyası Mərkəzləşdirilimiş eksperimental laboratoriya

Bitki müxtəlifliyi və tətbiqi tədqiqatlar mərkəzi:

Brioloji biologiya Alqologiya Lixenologiya Sənaye əhəmiyyətli bitkilər Endemik, nadir və narkotik bitkilər Toxum Bankı

Regional təcrübə məntəqəsi:

Karrar regional təcrübə məntəqəsi Zaqatala regional təcrübə məntəqəsi Saray regional təcrübə məntəqəsi

Şöbə və sektorlar Tədqiqata dəstək şöbəsi:

Layihələr və qrantlar sektoru İnnovasiya və texnoloji transfer ofisi Data və analitika ofisi

İnzibati şöbə:

Sənədlərlə iş və ictimaiyyətlə əlaqələr sektoru İnsan resursları və hüquq sektoru İnformasiya texnologiyaları sektoru

Maliyyə şöbəsi:

Maliyyə və mühasibatlıq sektoru Texniki iş sektoru

Strateji inkişaf, monitorinq və qiymətləndirmə sektoru

Kitabxana və elektron resurslar sektoru

Elmi kadrların hazırlığı sektoru

Beynəlxalq əməkdaşlıq sektoru

Təchizat və satınalma sektoru

Qalereya

Həmçinin bax Botanika bağı

İstinadlar

Xarici keçidlər AMEA Mərdəkan Dendrarisi AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Kateqoriya:Botanika institutları