300px|thumb|right|Soyqırım qurbanları Bakı 1918-ci il Fövqəladə Təhqiqat Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əvvəlcə xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920 ilin aprelinə qədər fəaliyyət göstərmiş rəsmi təhqiqat orqanı. Erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün yaradılmışdı.
Fəaliyyəti I dünya müharibəsinin başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmışdır. Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərmişdir. FTK-nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində – 15 iyul 1918 – 1 noyabr 1919-cu il il – FTK tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi.
Komissiyanın fəaliyyətinin sonuna qədər onun sədri Ə. Xasməmmədov, üzvlərdən isə A. F. Novatski və N. M. Mixaylov daha səmərəli fəaliyyət göstərmişlər. Bundan başqa, müxtəlif vaxtlarda Bakı dairə məhkəməsi prokurorunun müavini Aleksandr Yevgenyeviç Klige, andlı iclasçı Məhəməd xan Təkinski, Gəncə dairə məhkəməsinin xüsusi əməliyyat işləri üzrə müstəntiqi Məhyəddin bəy Şahmalıyev, Bakı quberniya dairə məhkəməsinin üzvü Hidayət bəy Sultanov, andlı iclasçılar Aley Aleksandroviç Litovski, Çeslav Boleslavoviç Klossovski, hüquqşünas Abbasəli bəy Hacırzayev, Bakı dairə məhkəməsinin üzvü B. Yusifbəyov komissiya üzvü kimi fəaliyyət göstərmişlər. Komissiya artıq 1918-ci ilin sentyabr-oktyabrından geniş təhqiqat işlərinə başlamışdı. Komissiyanın üzvü N. M. Mixaylov 1918-ci il oktyabrın 26-da həmin ilin sentyabrın 22-dən oktyabrın 23-nə qədər olan müddətdə Göyçay qəzasında aparılan təhqiqat işləri haqqında məlumat verirdi. Məlumata görə, göstərilən müddət ərzində 500 nəfərdən çox şahid dindirilmiş, Kürdəmir dəmir yolu vağzalına və Kürdəmir polis sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Mustafalı, Xəlilli, Qasım bəy, Ərəb Mehdibəy, Dadalı) baxış keçirilmişdir. 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirliyinə göndərdiyi məruzələrdə Bakı quberniyası, Göyçay qəzasının Kürdəmir, Qarabucaq, Ərəb Mehdibəy və b. kəndlərində, Şamaxı şəhəri və Şamaxı qəzasının müsəlman kəndlərində, habelə Bakı şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıqların təhqiqinin ilkin vəziyyəti haqqında ətraflı məlumat verirdi.
1919-cu il yanvarın 6-da Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə. Xasməmmədov Paris sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba qəzalarında ermənilər tərəfindən müsəlmanlara qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatları məktubla birlikdə xarici işlər nazirinə göndərmişdi. Məlumatda göstərilirdi ki, Lənkəran qəzasında daşnak polkovnik Avetisovun silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsində isə polkovnik İllarinoviç başda olmaqla ruslar tərəfindən, həmçinin İrəvan quberniyasında, Gəncə quberniyasının 4 qəzasında (Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzur) böyük dağıntılar törədilmiş, azərbaycanlı əhali ucdantutma məhv edilmişdir. Komissiya xaricə göndərilən nümayəndə heyəti üçün əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı.
Komissiya fəaliyyətinin ilk dövrlərində çox gərgin işləyirdi. 1919-cu il yanvarın 16-da komissiyanın üzvü N. M. Mixaylov Gəncə quberniyasının Ərəş və Nuxa (Şəki) qəzaları, A. F. Novatski isə həmin ilin iyununda Quba şəhəri, Quba qəzası kəndlərində ermənilərin törətdiyi soyqırımları, qətl-qarətlər və digər zorakılıq hərəkətləri haqqında təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlayaraq, komissiyaya təqdim etmişdilər. 1919 il avqustun 27-də Fövqəladə Təhqiqat Komissiyasının üzvü Ç. B. Klossovski komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib etdiyi arayışda göstərirdi ki, toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarətdir. Azərbaycanlılara qarşı törədilmiş cinayət hərəkətlərinin təşkilatçıları və iştirakçıları olan şəxslərə qarşı cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı.
1919-cu il avqustun 23-də komissiyanın sədri Ə. Xasməmmədov ədliyyə nazirinə Bakı və Şamaxı şəhərlərində və Şamaxı qəzasında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdə müqəssir olan şəxslərin artıq məsuliyyətə cəlb edilməsi işinə başlanıldığını bildirərək qeyd edirdi ki, Bakı şəhərində hələlik 24, Şamaxı şəhəri və Şamaxı qəzasında isə 100 nəfərə yaxın müttəhim istintaqa cəlb olunmuşdur. 1919-cu il martın 21-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Fövqəladə Təhqiqat Komissiyasının səlahiyyətlərini genişləndirmək haqqında ədliyyə nazirinin məruzəsini dinləmiş və müvafiq qərar qəbul etmişdi.
Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlılara qarşı törədilmiş, soyqırımı və zorakılıq hallarının günahkarlarını istintaqa cəlb etməyə başlayan kimi, Bakıda Erməni Milli Şurası və "Daşnaksutyun" partiyasının parlament fraksiyası, həmişə olduğu kimi, ermənilərin müdafiəsinə qalxmış, onların günahsız olduqlarını sübut etməyə çalışmışlar. 1919-cu il avqustun 23-də Erməni Milli Şurasının ədliyyə nazirliyinə göndərdiyi məktubda deyilirdi ki, avqustun 18-də Bakıda Telefonnaya (indiki 28 may) küçəsində Şamaxı şəhəri sakinləri Martiros Gülbəndiyants, Mixail Arzumanov və Yenok İvanyants sonuncuya məxsus mağazada həbs edilmişlər. Həbs edilənlərin hamısının Şamaxının "ən hörmətli" adamları və uzun müddət Şamaxı şəhər dumasının üzvləri olduqlarını qeyd edən erməni liderləri onlardan M. Gülbəndiyantsın Şamaxı şəhər poçt-teleqraf kontorunun rəisi, M. Arzumanovun Şamaxı erməni kilsəsinin hamiktikoru, Y. İvanyantsın isə "məşhur tacir" olduğunu bildirirdilər. Halbuki, Fövqəladə Təhqiqat Komissiyasının zərərçəkənlərin və şahidlərin dindirilməsi protokollarında azərbaycanlılara qarşı zorakılıqların təşkilatçıları və fəal icraçıları sırasında cəllad S. Lalayandan sonra, məhz bu "hörmətli" adamların adları çəkilirdi. "Daşnaksutyun" liderləri riyakarcasına bəyanatlar verir, Azərbaycan Hökumətini keçmişləri yada salmaqla "intiqam və düşmənçilik" hisslərini daha da qızışdırmaqda ittiham edirdilər. Lakin Aprel işğalından sonra erməni-daşnak terrorçuları 1920–21-ci illərdə məhz qisasçılıq niyyəti ilə Tiflis və İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk sədri Fətəli xan Xoyskini, Parlament sədrinin müavini Həsən bəy Ağayevi və 2-ci Hökumət kabinetində daxili işlər naziri olmuş Behbud xan Cavanşiri qətlə yetirmişlər.
Azərbaycan Hökumətinin 21 mart 1919-cu il Qərarına görə FTK-nın səlahiyyətləri genişləndirilmiş və ona məhkəmə-istintaq hakimiyyətinin bütün hüquqları verilmişdir. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan Hökuməti tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1 noyabr 1919-cu il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər Ə.b. Xasməmmədov və FTK üzvü Ç. V. Klossovski 1920-ci il yanvarın sonuna qədər FTK-nın istintaq işlərini respublikanın prokuror və məhkəmə orqanlarına verilməsi ilə məşğul olmuşlar. FTK materialları üzrə 1918-ci il Bakıda mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə görə isə 100-ə yaxın şəxs haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir hissəsi respublikanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları axtarışda elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı olaraq Azərbaycan Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul edilmiş Amnistiya haqqında qanuna əsasən milli düşmənçilik zəminində baş vermiş və "Fövqəladə Təhqiqat Komissiyasının icraatında yaranmış" bütün cinayət işlərinə xitam verilmişdir. FTK tərəfindən qaldırılmış bir sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq Azərbaycan SSR məhkəmə orqanları tərəfindən xətm olunmuşdur.
Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında Azərbaycan Hökumətinin Qərarları Hökumətə Məruzə
Azərbaycan Respublikası Hökumətinin qərarlar jurnalından ÇIXARIŞ 15 iyul 1918-ci il
Qərar
Şahidlərin dindirilməsi 1918-ci il, 4 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: 300px|thumb|right|İranın Bakıdakı konsulu M. S. Vəzare-Marağai öldürülmüş müsəlmanların yanında.
300px|thumb|left|Bazarnaya küçəsi mart günlərində 1918-ci il, 13 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
300px|thumb|right|İsmailiyyə binasının yandırıldıqdan sonrakı görünüşü 1918-ci il, 11 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
1918-ci il, 7 noyabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: 300px|thumb|left|Bu gün Azərbaycan prospekti adlanan, o zamanki Bazarnaya küçəsi
1918-ci il, 26 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fövqaladə Təhqiqat Komissiyasının üzvləri Xasməmmədov Ələkbər bəy Hacıbaba oğlu Şahmalıyev İsmayıl bəy Nəsrulla bəy oğlu Novatski Andrey-Klimentiy Fomiç Mixaylov Nikolay Mixayloviç Qudvillo V.V. Məhəməd xan Təkinski Aleksandroviç Aley Adamoviç
Həmçinin bax Mart soyqırımı Quba soyqırımı Şamaxı soyqırımı Lənkəran qəzasında soyqırımlar (1917-1919) Zəngəzur qəzasında soyqırımlar (1918-1920) Naxçıvan soyqırımları Erməni terrorizmi Daşnaksütun
İstinadlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin dövlət qurumları Kateqoriya:Azərbaycanlıların soyqırımı