Feyzullabəyli İsmayıl Əli oğlu () — nasir, publisist; iqtisad elmləri doktoru, professor.

Feyzullabəyli Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında li və Orta İxtisas Təhsili Nazirliyinin Elmi-metodik şurasının (konkret iqtisad elmləri bölməsi) sədr müavini kimi fəaliyyət göstərmişdir.

Həyatı 24 may 1925-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İsmayıl İrəvan azərbaycanlılarınnı məşhur bəy ailəsi olan Feyzullabəylilər nəslinin mənsubu idi. 1926-cı ildə ailəsi İrəvanı tərk etməyə məcbur olmuş və Gəncəyə köçmüşdür. Orta təhsilini Gəncədə almış, daha sonra Sovet Ordusunda xidmətə çağırılmışdır. 1943-cü ildə Moskva Piyada Məktəbini bitirdikdən sonra cəbhəyə göndərilmiş və 1945-ci ildə müharibənin bitməsinə qədər cəbhədə xidmət etmişdir. Müharibədən geri qayıtdıqdan sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitutunda təhsil almış, universiteti bitirdikdən sonra AMEA-da çalışmağa başlamışdır. Lakin Stalin repressiyaları zamanı millətçilikdə ittiham edilərək öldürülən qardaşı Xəlil Feyzullabəyliyə görə bu işindən qovulmuşdur. Stalinin ölümündən sonra mülayimləşən siyasi vəziyyətdə yenidən akademik mühitlərdə işləməyə başlamışdır. 1961–1970-ci illərdə Azərbaycan Dövlət Universitetində işləmiş, 1970-ci ildə Ticari İqtisadiyyat fakültəsinin dekanı təyin edilmişdir.

Əsərləri Ali və Orta İxtisas Təhsili Nazirliyinin Elmi-metodik şurasının (konkret iqtisad elmləri bölməsi) sədr müavini olmuşdur. Feyzullabəyli xeyli akademik əsərin müəllifidir. "Xalq istehlakı" (Bakı, "Azərnəşr", 1972, şərikli), "İctimai iaşənin sosial-iqtisadi problemləri" (1980), "Ticarətin dünəni, bu günü, sabahı" (1991), "Bazara doğru", (1993), "Biznes: bazar, ticarət, marketinq, plan nədir" (1995) və s. kitabları (cəmi 18 kitab və 8 kitabça), xeyli sayda elmi məqaləsi çap edilmişdir.. Fəal elmi-tədqiqat fəaliyyəti ilə yanaşı Feyzullabəyli elmi kadrların hazırlanması ilə də müvəffəqiyyətlə məşğul olur.

İsmayıl Feyzullabəyli 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Təltifləri "Şöhrət" ordeni — 12.06.2002

İstinadlar

Mənbə

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:İqtisad elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycan yazıçıları