Sirkə anhidridi (CH3CO)2O – rəngsiz sərt iyə malik mayedir. Benzolda, dietil efirində və başqa üzvü həlledicilərdə həll olur.
Alınması Sənayedə sirkə anhidridi asetaldehidin katalitik oksidləşməsi nəticəsində kobalt və mis asetatlarının iştiraki ilə alınır. Sirkə turşusundan su ayıran maddələrin vasitəsi ilə: 2CH3COOH→(CH3CO)2+H2O Natrium asetatın xloranhidridlə dəyişmə reaksiyası nəticəsində: 2CH3COONa+ClCOCH3→(CH3CO)2O+NaCl
Xassələri. Spirtlərlə mürəkkəb efirlər əmələ gətirir:
(CH3CO)2O+2HOC2H5→2CH3COOC2H5+H2O Aminlərlə reaksiya zamanı amidlər alınır:
(CH3CO2O+2C2H5NH2→CH3CONHC2H5+CH3COOH· C2H5NH2 Sirkə anhidridini su ilə qızdırdığda sirkə turşusu alınır: (CH3CO)2O+H2O→2CH3COOH
Tətbiqi Sirkə anhidridi ətirli maddələrin, dərman preparatlarının, süni liflərin və foto və kinoplyonkaların istehsalında istifadə olunur. Mənbə Большая Советская Энциклопедия Химическая энциклопедия.М:Большая Российская энциклопедия,1992. Т. 5. С. 33
Kateqoriya:Karbon turşularının anhidridləri