Azərbaycan SSR xalq artisti () — 1928-ci il iyulun 28-də təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən teatr, musiqi və kino inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli incəsənət xadimlərinə verilirdi.
Tarixi Azərbaycan SSR xalq artisti fəxri adına ilk dəfə 1931-ci ildə tarzən Qurban Pirimov layiq görülmüşdür. 1932-ci ildə dram aktyoru Hacıağa Abbasov və aktyor, rejissor, opera solisti Hüseynqulu Sarabski, 1933-cü ildə Mirzağa Əliyev, 1934-cü ildə Şövkət Məmmədova, 1935-ci ildə Cabbar Qaryağdıoğlu və başqaları bu adla təltif olunmuşdur.
Sovet İttifaqının dağılması ilə "Azərbaycan SSR xalq artisti" adı rəsmi olaraq "Azərbaycan Respublikasının xalq artisti" ilə əvəz olundu, bununla belə keçmiş SSRİ və Azərbaycan SSR-in mükafatlar haqda qanunvericiliyi ilə nəzərdə tutulmuş fəxri adın təqdim etdiyi hüquq və vəzifələr qüvvədə qaldılar.
Azərbaycan SSR xalq artisti fəxri adı, adətən, Azərbaycan SSR əməkdar incəsənət xadimi və ya Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülmüş sənətçilərə verilirdi. Xan Şuşinski, Kazım Ziya, Yeva Olenskaya isə birbaşa xalq artisti fəxri adı ilə təltif olunmuşdurlar.
Ədəbiyyat
Həmçinin bax Azərbaycan SSR xalq artistlərinin siyahısı
Kateqoriya:Azərbaycan SSR fəxri adları Kateqoriya:Azərbaycan SSR xalq artistləri