() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Rəngi sarımtıl-ağdır. Bədəninin uzunluğu 2-2.5 m. Qonur ayı ilə yaxından əlaqəlidir və iki növ hibrid birləşə bilər. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir. Ayı balaları çox kiçik doğulur, uzunluğu 30 santimetr olur. Yazda təhlükəsizlik üçün dişi ayı balaları ilə sahildə yaşayır və ya buzun üstündə üzürlər. Yayda onlar hətta Şimal qütbə çatırlar. Əsasən suitilərlə qidalanırlar. Ağ ayılar yaxşı üzürlər, suda isə balıq tuturlar.
Qlobal istiləşmə ağ ayıların yarıdan çoxunu məhv edə bilər. Ümumdünya Vəhşi Təbiət Fondunun mütəxəssisləri xəbərdarlıq edirlər: Arktik buzların əriməsi ağ ayılar üçün o qədər öldürücü olacaq ki, 2050-ci ildə Rusiyanın şimal sahillərində və Alyaskadakı ağ ayılar məhv olacaqlar.
İndi dünyada 20-25 min arası ağ ayı var. Alimlərin proqnozlarına görə, 40 il müddətində onların üçdə ikisi yox olacaq.
Ağ ayılar əsasən Rusiya, Qrenlandiya, Norveç, ABŞ, Kanada və Alyaskada yaşayırlar.
Onların müxtəlif ölkələrdə vəziyyətləri də fərqlidir. Rusiyada ağ ayılar 1956-cı ildən "Qırmızı kitab"a düşüb. Elə ən yaxşı vəziyyətdə olanlar da Rusiyadakı ağ ayılar sayılır. Bütövlükdə hər il dünyada 1000-ə yaxın ağ ayı məhv olur.
Ümumdünya Təbii Mühit Fondunun Berinq dənizi üzrə proqram direktoru Marqaret Ulyams deyir ki, iqlim dəyişikliyi özü bir çox şeylərin dəyişməsində də böyük rol oynayır. Məsələn, ağ ayılar quruya çıxmağa, quruda daha çox vaxt keçirməyə başlayırlar. Həmin vaxtsa ayıların ovlanmasına daha çox şərait yaranır.
Ağ ayılar bütün dünyada nəsilləri kəsilmək təhlükəsi qarşısında olduqlarından onların qorunması üçün 1973-cü ildə ağ ayılar haqqında beynəlxalq saziş imzalanıb. 2023-cü il məlumatlarına görə qlobal ağ ayı populyasiyası təxminən 26,000 fərd (22,000-31,000 aralığında) təşkil edir — bu rəqəm mətndəki 20-25 min rəqəmindən bir qədər fərqlənir və daha son məlumatları əks etdirir. IUCN-in Ağ Ayı Mütəxəssis Qrupu dünya üzrə 19 ayrı yarımpopulyasiya müəyyən edib, onlardan bəziləri (məsələn, Baffin körfəzi, Çukçi dənizi) təxminən 2,000-3,000 fərddən ibarətdir.
Sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Həssas növlər Kateqoriya:Asiya faunası Kateqoriya:Avropa faunası Kateqoriya:Asiya məməliləri Kateqoriya:Şimali Amerika faunası Kateqoriya:Şimali Amerika məməliləri Kateqoriya:Dəniz məməliləri Kateqoriya:Haloarktik fauna Kateqoriya:25–29 ID olan Taksonbar