İştvan Peli (; 1974, ABŞ) — ABŞ video oyun rəssamı və dizayneri. Onun videooyunlarına olan marağı atası evə bir Apple IIe kompüteri gətirəndə başlamışdır. İştvan kollecdə təhsil aldığı vaxtlarda üçölcülü kompütür qrafikaları ilə maraqlanmağa başlamış və 3D Studio R2 proqramı ilə tanış olmuşdur. İştvan bir neçə dostu ilə "Majectic" () adlı bir Mac/PC macəra oyunu hazırlamış və onu məzun olmazdan əvvəl satışa çıxarmışdır. İştvan 1997-ci ildə "Bethesda Softworks"a qoşulmuş və şirkət üçün daha iki videooyunu, yəni "Symbiocom" və "Zero Critical"ı hazırlamışdır.
İştvan Peli 2006-cı ildən etibarən "Bethesda Softworks" videooyun şirkətində birbaşa fəaliyyət göstərir. O, ilk olaraq "The Elder Scrolls IV: Oblivion" videooyununda baş mədən rəssamı olaraq fəaliyyət göstərmişdir. İştvan daha sonra "Fallout 3" və "Fallout 4" videooyunlarında baş rəssam, "Fallout Shelter" videooyununda isə art-direktor olaraq fəaliyyət göstərmişdir. O, "Fallout 3"ün personaj dizaynerlərindən biri olan Hyu-Lay Çonq ilə evlənmişdir.
İşlər İl Videooyun Rol 1995 Majestic Part I: Alien Encounter Produsser, rejissor, qrafika işçisi, proqramçı 1998 Symbiocom Dizayner, qrafika işçisi, proqramçı 1999 Zero Critical Dizayner, qrafika işçisi, proqramçı 2001–2004 Movkup 3D-CG mexaniki konseptual 2006 The Elder Scrolls IV: Oblivion Baş mədən rəssamı 2008 Fallout 3 Baş rəssam 2011 The Elder Scrolls V: Skyrim Əlavə qrafiki dizayner 2015 Fallout Shelter Art-director 2015 Fallout 4 Baş rəssam
İstinadlar
Kateqoriya:1974-cü ildə doğulanlar Kateqoriya:ABŞ videooyun dizaynerləri Kateqoriya:Fallout üzərində işləyənlər Kateqoriya:Yaşayan insanlar