Ulyana Vyaçeslavovna Lopatkina (; ) — rus balet artisti, Mariinski teatrının prima-balerinası (1995–2017). Rusiyanın xalq artisti (2006), Rusiya Dövlət Mükafatı laureatı (1999) və Rusiya Hökumətinin mükafatı laureatı (2015).

Həyatı Ulyana Vyaçeslavovna Lopatkina 23 oktyabr 1973-cü ildə Qara dəniz sahilindəki Kerç şəhərində anadan olmuşdur. Onun valideynləri Vyaçeslav İvanoviç və Yelena Georgiyevna müəllim idilər. Yevgeni adlı bir qardaşı da var. Uşaqlıqda rəqs dərnəklərində və idman gimnastikası bölməsində məşğul olmuşdur.

1991-ci ildə A. Vaqanova adına Rus Balet Akademiyasında professor Natalya Dudinskayanın sinfini bitirərək Mariinski teatrının balet truppasına qəbul olunmuşdur. 1995-ci ildə truppanın prima-balerinası seçilmişdir. 2000-ci ildə "Bayaderka" baletinin nümayişi zamanı topuq nahiyəsindən zədə almasına baxmayaraq, tamaşanı başa çatdıra bilmişdir. Aldığı zədə nəticəsində bir neçə il səhnədən uzaqlaşmaq məcburiyyətində qalmışdır. 2003-cü ilin fevralında balerina əməliyyat keçirmiş və yalnız bundan sonra yenidən səhnəyə qayıda bilmişdir.

2013-cü ilin oktyabrında Nikolay Siskaridze Vaqanova adına Rus Balet Akademiyasına rektor vəzifəsinin müvəqqəti icraçısı kimi təyin edildikdən sonra, Rusiya Mədəniyyət Nazirliyi Ulyana Lopatkinanın akademiyanın bədii rəhbəri vəzifəsinə gətirilməsini təklif etmişdir. Lakin sonra akademiya ilə heç bir müqavilə imzalanmamışdır.Ивлиев: вопрос о работе Лопаткиной в Академии Ваганова решится позже // РИА Новости — 6 noyabr 2013

Ulyana Lopatkina 16 iyun 2017-ci ildə rəsmi olaraq, rəqs karyerasının başa çatdığını elan edib.

Ailəsi Rəssam, yazıçı və sahibkar Vladimir Kornevlə ailəli olmuşdur. Cütlük 5 iyul 2001-ci ildə ailə qurmuş, həmin ilin 25 iyulunda Vartemyagidə nikaha daxil olmuşlar. 24 may 2002-ci ildə onların qızı Mariya dünyaya gəlmişdir.Елена Киселева. Ульяна Лопаткина родила дочь // "Правда. Ру", 30 may 2002 Cütlük 2010-cu ildə boşanıb.

Repertuar thumb|Ulyana Lopatkinanın "Şopeniana" baletindəki dueti, 2010-cu il. "Pavlova və Çeketti", Con Noymayerin "Şelkunçik" baletindən fraqment Ofeliya, Konstantin Sergeyevin "Hamlet" baletindən monoloq "Jizel" (Jizel, Mirta) Medora, "Korsar" Sireni pərisi, "Yatmış gözəl" Kitti, Pyotr Çaykovskinin "Anna Karenina" əsəri Mariya Talyoni, Anton Dolinin "Pa-de-katr" baleti Ölüm, "Qoyya-divertisment" Nikiya, "Bayaderka" Odetta və Odilliya, "Qu gölü" Klemans, Raymonda, "Raymonda" Zobeida, "Şəhrizad" Zarema, "Bağçasaray fəvvarəsi" Məhin Banu, "Məhəbbət əfsanəsi" Qız, "Leninqrad simfoniyası" Pəri, "Pərinin öpüşü"

Mükafatlar 1991 — Vaganova-Prix balet müsabiqəsinin laureatı (Rus balet Akademiyası, Sankt-Peterburq) 1995 — "Qızıl sofit" mükafatı (ən yaxşı debüt) 1997 — "Qızıl maska" mükafatı 1997 — "Rəqsin Benuası" mükafatı ("Korsar" baletində Medora partiyasının ifasına görə) 1997 — "Baltika" mükafatı (1997; 2001) 1998-ci ilin martı — London tənqidçilərinin Evening Standard mükafatı 1999 — Rusiya Dövlət mükafatı 2000 — Rusiyanın əməkdar artisti 2006 — Rusiyanın xalq artisti 2015 — Rusiya Federasiyası Hökumətinin mükafatı 9 noyabr 2015 — "Qızıl sofit" mükafatı ("Marqarita və Arman" baletində Marqarita partiyasının ifasına görə)

İstinadlar

Ədəbiyyat Л. Абызова. Ульяна Лопаткина // Звезды петербургской сцены / Б. Поюровский. — М.: АСТ-Пресс Книга, 2003. — С. 131–152. — 256 с. — (Выдающиеся мастера). — 5000 экз. — ISBN 5-7805-0996-4.

Xarici keçidlər

Rəsmi saytı Ulyana Lopatkina haqqında Mariinsk teatrının saytında Ulyana Lopatkina haqqında "Kiçik Balet Ensiklopediyası"nda

Müsahibə Ульяна Лопаткина: вопрос "семья или сцена?" для меня не стоял // "Труд", 28 февраля 2004. Ульяна Лопаткина: "После "Лебединого" не могу встать с постели…" // "Амурская правда", 17 июля 2004. Ульяна Лопаткина: "Я верю в то, что человек не умирает" // "Мгарский колокол" № 51, апрель 2007 Балерина Ульяна Лопаткина: "Для меня было очень важно родить ребёнка" // "Известия", 28 мая 2007.

Kateqoriya:Rusiya balet artistləri Kateqoriya:Kerçdə doğulanlar Kateqoriya:Rusiya Federasiyasının əməkdar artistləri Kateqoriya:Rusiyanın xalq artistləri Kateqoriya:"Qızıl maska" mükafatı laureatları Kateqoriya:Rusiya balerinaları