Məzmun Film Azərbaycanın milli bayramı sayılan Novruz bayramına həsr olunmuşdur. Filmin rejissoru süjeti 4 xətt üzrə bölüb. Bu xətlər qeyd olunan çərşənbə axşamları ilə bağlıdır: su, külək, torpaq, od çərşənbələri. Film müşahidə xarakteri daşıdığına görə novruz bayramına hazırlıqlar Azərbaycanın ayrı-ayrı bölgələrində lentə alınmışdır. Hər bölgədə bayram qabağı xüsusi tədbirlər görülür, milli adət-ənənələr həyata keçirilir. Filmin maraqlı cəhəti ondadır ki, rejissor baharın gəlişini bahar qızının simasında yox, ağ atın üstündə ağ libasda olan oğlan görkəmində verib. Filmin sonunda bahar ab-havası Bakıya-Içəri şəhərə gəlib çatır. Burada bayram tədbirləri keçirilir, milli rəqslər oynanılır, hər evdə bayram süfrələri, xonçaları düzülür.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Vüqar Tapdıqlı, Sadıq Elcanlı Rejissor: Rahim Sadıqbəyli (Rəhim Sadıqbəyli kimi) Operator: Adil Abbasov Səs rejissoru: Firudin Bağıroğlu (Firudin Hüseynov kimi) Montaj: Fuad Əlişov Direktor: Məhyəddin Əsgərov
İstinadlar
Kateqoriya:1995-ci ilin Azərbaycan filmləri Kateqoriya:Sənədli televiziya filmləri