Şahsüvar Qadınəfəndi və ya Şahsüvar Xanım (Osmanlı türkcəsi: شہسوار خانم) () — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin ilk xanımı.
Həyatı Şahsüvar xanım 2 may 1881-ci ildə İstanbulda dünyaya gəlmişdir. Ailəsi əslən ubıxdır. Hələ kiçik yaşlarında atası onu saraya tsəlim etmiş, adı dəyişdirilərək Şahsüvar qoyulmuşdur. 15 yaşında 22 dekabr 1896 tarixində Əbdülməcid Əfəndi ilə Çırağan sarayında evləndirilmişdir. Cütlüyün yeganə övladı olan Şahzadə Ömər Fərrux Əfəndi 29 fevral 1898-ci ildə dünyaya gəldi. 1924-cü ilin martında əri və uşaqları ilə birlikdə sürgünə getdi. Əvvəlcə İsveçrədə, daha sonra Fransanın Nitsa şəhərində məskunlaşdılar.
Əri Əbdülməcid Əfəndinin 1944-cü ildəki vəfatından bir il sonra, 1945-ci ildə Parisdə vəfat etmiş, Parisdəki Bobigny məzarlığında dəfn edilmişdir.
Mənbə Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. pp. 205–7. ISBN 978-9-759-96109-1. Wendy M. K. Shaw (March 15, 2011). Ottoman Painting: Reflections of Western Art from the Ottoman Empire to the Turkish Republic. I.B.Tauris. pp. 85–8. ISBN 978-1-848-85288-4.
Kateqoriya:Osmanlı sultanları Kateqoriya:Osmanlı sultanlarının xanımları