Dürrüadən Qadınəfəndi () — 35. Osmanlı sultanı V Mehmedin ikinci xanımı.
Həyatı Dürrüadən xanım Mustafa bəy Voçibenin qızı idi. Qardaşı Əziz bəyin qızı İnşirah, Şahzadə Vahidəddin ilə evlənmişdi. Ailəsi rus zülmü səbəbilə İstanbula gəlmiş, 3–4 yaşlarında olan Dürrüadən isə saraya təslim edilmişdi. Saray tərbiyəsi alan 16 yaşlı Dürrüadən xanım 10 oktyabr 1876-cı ildə Şahzadə Mehmed Rəşadla vəliəhd sarayında evləndi. Evləndikdən 2 il sonra oğlu Şahzadə Nəcməddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq kifoz olaraq dünyaya gəlmişdi və yeriyə bilmirdi. Bu səbəblə heç vaxt evlənə bilmədi. Oğlunun ağır vəziyyəti səbəbilə əziyyət çəkən Dürrüadən xanım isə vərəmə tutuldu və 17 oktyabr 1909 tarixində İstanbulda vəfat etdi. Cənazəsi Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilib.
Övladıları Mahmud Nəcməddin Əfəndi
Mənbə Yavuz Bahadıroğlu (2009). Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications). 15th Ed. Günay Günaydın (2006). Haremin son gülleri. Mevsimsiz Yayınları.
Kateqoriya:Osmanlı sultanlarının xanımları