() — domeninin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid parazit birhüceyrəli orqanizm növü.
Xarici quruluşu Bədən oraqvaridir, öndən enliləşmişdir, arxadan bu və ya digər dərəcədə nazikləşmişdir. Ön qamçı uzundur, arxa qamçı nisbətən qısadır. Titrək membran nisbətən enlidir. Bədənin önündə yerləşən nüvənin ölçüləri dəyişir. Çubuqvari kinetoplast nisbətən kiçikdir. Rənglədikdə sitoplazma intensiv-göy rənglənir. Əsasən iri qatı dənəçiklər müşahidə edilən, bədənin arxa hissəsi intensiv rəng alır. Bədənin uzunluğu 18.2–42.0, eni 3.9–8.2, ön qamçının uzunluğu 10.0–15.3, arxa qamçının uzunluğu 6.7–10.7, nüvənin uzunluğu 3.0–6.7, kinetoplastın uzunluğu 2.5–6.5 mkm-dir.
Yayılması Ağgöl, Naxalıqçala gölü, Şabran limanı, Kiçik Qızılağac körfəzində yayılmışdır.
Həyat tərzi Sahibi: durna balığı.
Həmçinin bax Cryptobia borelli Cryptobia cyprini Cryptobia khaibulaewi
İstinadlar