Hadisələr 17 yanvar - 28 fevral - "Körfəz müharibəsi". İraqın Küveyt ərazisini tərk etməsi. 21 avqust – Latviyanın müstəqilliyinin elan edilməsi. 8 dekabr - Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması. 26 dekabr- SSRİ-nin dağılması 13 yanvar - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Şaumyan (kənd) rayonu inzibati-ərazi vahidinin ləğv edilməsi və onun ərazisinin Goranboy rayonuna birləşdirilməsi. 5 fevral: Azərbaycan SSR-in adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilməsi. 18 mart – Azərbaycanda özəl Xəzər Universitetinin yaradılması. 17 mart - SSRİ-də ittifaqın saxlanılması məsələsi ilə bağlı referendum keçirilməsi. 19 aprel - Bakı şəhərində 1990-cı ilin 20 yanvarından qüvvədə olan qadağan (komendant) saatı rejiminin ləğv edilməsi. 21 iyun - SSRİ prezidenti Mixail Qorbaçov tərəfindən Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun Lenin ordeni və ikinci "Qızıl ulduz" medalı ilə təltif olunması (ölümündən sonra) barədə fərman imzalanması. 9 avqust - Başkəndin azad edilməsi 30 avqust - "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə"nin qəbul edilməsi/ 3 sentyabr - Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi/ 9 oktyabr - Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında qanunun qəbul edilməsi 18 oktyabr: Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi. rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı vəzifəsinin yaradılması. Prezident idarəsinin yaradılması. Dövlət katibi və dövlət müşavirləri vəzifələrinin yaradılması. 26 noyabr: DQMV-nin statusunun ləğv edilməsi. Milli Şuranın yaradılması Post-sovet məkanında ilk müstəqil televiziya - ANS TV ilk dəfə efirə çıxdı. 28 dekabr - İordaniya və Sudan tərəfindən Azərbaycan Respublikasının müstəqillinin tanınması. Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına üzv seçilməsi dekabr - Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul edildi. 29 dekabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyi məsələsi üzrə referendum keçirilməsi.

Doğumlar 25 aprel — Aleks Şibutani 8 avqust — Hökumə Əliyeva, Azərbaycan stüardessası, Azərbaycanın Milli Qəhrəmanı. 9 sentyabr - Aleksandar Kukoly 15 sentyabr — Aleks Florea 29 sentyabr — Adem Lyaiç 30 noyabr — Bredli Vinsent 5 dekabr — Abdullah Zubir

Ölümlər 24 noyabr – Freddi Merkuri (Fərrux Bülsara), Britaniyalı rok ifaçı, məşhur Kuin (Queen) rok qrupunun ifaçısı və yaradıcısı. 30 sentyabr – Səxavət Məmmədov azərbaycanlı xanəndə. 24 iyun — Rufino Tamayo, Sapoteki irsinə mənsub olan Meksikalı rəssam. 13 fevral — Arno Breker, alman heykəltəraşı, qrafik və memar.