Şelkovnikov kolluq çöl siçanı () — Rodentia dəstəsindan bir Məməli növü.

Təsviri Bədəninin uzunluğu 107 mm, quyruğunun uzunluğu 18–24 mm-ə qədər, çəkisi 7–10 qramdır. Üst tərəfinin rəngi tünd boz, qonurumtul çalarlıdır. Quyruğu aşkar ikirənglidir. Dişilərdə 4 cüt əmzik var.

Yayılması Şelkovnikov çöl siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. Onun İranda Elburs dağının şimal yamaclarında yaşaması ehtimal edilir.

Yaşayış yeri və həyat tərzi 150–1000 m hündürlükdə meşələrdə tökülmüş yarpaqların və lianların arasinda yaşayır. Əldə edilmiş dişilərdə 3–6 rüşeym aşkar edilmişdir. Payız aylarında sayının artması müşahidə edilir. Yay mövsümündə isə sayı az miqdarda olur və tələyə düşmə ehtimalı azalır.

Sayı və azalma səbəbi Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur.

Məhdudlaşdırıcı amillər Populyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır.

Qorunması üçün qəbul edilmiş tədbirlər Qorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil. Amma yaşayış yerləri Hirkan Milli Parkı hüdudlarında mühafizə altındadır.

Qorunması üçün nəzərdə tutlmuş tədbirlər Növün qorunması, onun biotoplarının qorunması ilə əlaqədardır. Heyvanların məskunlaşdığı yerlərdə meşələrin qırılmasının qarşısının alınması və orada əsas genofondunun qorunub-saxlanımasına əlverişli şərait yaratmaq vacibdir. Kateqoriya:Çöl siçanları Kateqoriya:Azərbaycan məməliləri

Mənbə AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 200səh, Şelkovnikov kol siçanı. (2013)

İstinadlar

Kateqoriya:1907-ci ildə təsvir edilən məməlilər Kateqoriya:İran faunası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər