Nargis () — 13 dekabr 2012-ci ildən etibarən Nargis nəşriyyat evində dərc olunan dəb və incəsənət haqqında konseptual jurnaldır.
Haqqında Nargis jurnalının ilk sayının təqdimatı 2013-cü il yanvarın 13-də M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, jurnalın adını daşıdığı professor Nərgiz Paşayevanın doğum günü keçirilib. Təqdimatda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.
Jurnalın həm çap, həm də üç dildə elektron versiyası mövcuddur: rus, azərbaycan və ingilis.
Beynəlxalq nəşrlər Nargis jurnalının Gürcüstan versiyasının rəsmi təqdimatı 22 dekabr 2014-cü il tarixində Tbilisidə keçirilmişdir. Nargis Georgia-nın baş redaktoru model və Tbilisi Moda Həftəsinin təşkilatçısı Tako Çheidzedir, üz qapağının əsas qəhrəmanı isə Gürcüstanın ilk birinci xanımı Maka Çiçua idi.
Daimi bölmələr Dəb – dəbli illüstrasiyalar, fotosessiyalar, sənayenin dizaynerləri və insayderləri ilə müsahibələr, moda trendlərinin icmalı və s. məlumatlardan ibarətdir. Mədəniyyət – hesabatlar, mədəniyyət və incəsənət xadimləri ilə müsahibələr və s. təşkil edir. Gözəllik – tendensiyalar, yeniliklər, fotosessiyalar icmalı və ekspertlərlə müsahibələr və s.. Həyat tərzi – reportaj, tədbirlərin anonsları, müsahibələr və s..
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2012-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Rus dilində jurnallar