Deniel Routon Kreyq () — ingilis-amerikalı aktyor. Canlandırdığı uydurma cəsus Ceyms Bond ilə tanınma qazanıb. Onun çəkildiyi Bond filmlərinə daxildir: "Royal kazinosu", "Mərhəmət kvantı", "Skayfoll", "Spektr" və "Ölməyə vaxt yoxdur".

Həyatı Deniel Kreyq 2 mart 1968-ci ildə İngiltərənin Çester şəhərində dünyaya gəlib. 16 yaşında Milli Gənc Teatrına qəbul olmaq istəyən Deniel Londona üz tutur. Onun aktyorluq karyerası isə 1992-ci ildə, Britaniya televiziyasında kiçik bir filmə başlayır və bu film onun tanınmasında az rol oynamır. Beynəlxalq miqyaslı publika “Lara Kroft: Sərdabələr qarətçisi” (2001) filmində Ancelina Coli ilə birlikdə çəkilir. Kreyq sonralar yetərincə məşhur filmlərə çəkilir. Aktyora ümumdünya şöhrəti gətirən obraz isə “Royal kazinosu” filmindəki 007 nömrəli agent Ceyms Bond rolu oldu. Uzun sürən kastinqdən sonra prodüserlər bu rola məhz Deniel Kreyqi seçirlər. Bu qərar media və serial superagentinin pərəstişkarları tərəfindən birmənalı qarşılanmır. Açıq rəngli saçlarını, mavi gözlərini, boyunun 185 sm-dən az olmasını, gözəçarpan bədən quruluşunun olmadığını əsas gətirib Kreyqin namizədliyinin əleyhinə səs verənlər çox olur. Bütün bunlara baxmayaraq 2006-cı il noyabrın 17-də onun iştirakı ilə çəkilmiş “Royal kazinosu” filminin premyerası baş tutur. Aktyor, həmçinin, 2008-ci ildə ekranlara çıxmış növbəti “Mərhəmət kvantı” filminə çəkildi. Deniel Kreyq peşəkar reqbi oyunçusudur və İtaliyanın Yuventus futbol klubunun tərəfdarıdır.

Filmoqrafiya İl Adı Rol Qeydlər 1992 The Power of One Sergeant Jaapie Botha 1995 A Kid in King Arthur's Court Master Kane 1997 Obsession John McHale 1998 Love and Rage James Lynchehaun Elizabeth John Ballard Love Is the Devil: Study for a Portrait of Francis Bacon George Dyer 1999 The Trench Sergeant Telford Winter 2000 Some Voices Ray Hotel Splendide Ronald Blanche I Dreamed of Africa Declan Fielding 2001 Lara Croft: Tomb Raider Alex West 2002 Ten Minutes Older: The Cello Cecil Thomas Road to Perdition Connor Rooney Occasional, Strong Jim Qısametrajlı film 2003 Sylvia Ted Hughes The Mother Darren 2004 Layer Cake XXXX Enduring Love Joe 2005 The Jacket Rudy Mackenzie Fateless American Soldier Munich Steve 2006 Renaissance Barthélémy Karas Səsləndirmə Infamous Perry Smith Royal kazinosu Ceyms Bond 2007 The Invasion Ben Driscoll Qızıl kompas Lord Asriel 2008Flashbacks of a Fool Joe Scot İcraçı prodüser Mərhəmət kvantı Ceyms Bond Defiance Tuvia Bielski How to Lose Friends & Alienate People Daniel Craig Kameo 2011 One Life Narrator Sənədli film Cowboys & Aliens Jake Lonergan Dream House Will Atenton / Peter Ward The Adventures of Tintin Ivan Ivanovitch Sakharine / Red Rackham Motion capture The Girl with the Dragon Tattoo Mikael Blomkvist The Organ Grinder's Monkey Bubbles Qısametrajlı film 2012 Happy & Glorious Ceyms Bond Qısametrajlı film Skyfall Ceyms Bond 2015 Spektr Ceyms Bond Prodüser Ulduz müharibələri: Gücün oyanması Stormtrooper FN-1824 Kameo 2017 Logan Lucky Joe Bang Kings Obie Hardison 2019 Bıçaqlar çəkildi Detective Benoit Blanc 2021 Ölməyə vaxt yoxdur Ceyms Bond Prodüser 2022 Bıçaqlar çəkildi: Sirli macəra Detective Benoit Blanc TBAQueerLee

İstinadlar

Kateqoriya:İngiltərə aktyorları Kateqoriya:Çesterdə doğulanlar Kateqoriya:Kişi feministlər Kateqoriya:ABŞ feministləri 9.Daniel Craig Wife Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları