Oleq Sentsov (, ) — Ukrayna rejissoru, ssenarist və yazıçı. 2014-cü ilin yazında Krımın Rusiya Federasiyasına birləşdirilməsindən sonra rusiya hüquq-mühafizə orqanları tərəfindən Krımda terrorizmdə şübhəli bilinərək saxlanılıb. 2015-ci ilin avqustunda 20 il müddətinə ciddi rejimli koloniyada keçirməklə həbsə məhkum edildi. Sentsov ittiham edildiyi cinayətlərdə özünü təqsirli tanımadı, ona qarşı tətbiq edilmiş işgəncələr barədə bəyanət verdi və cinayət işini siyasi və uydurma adlandırdı. Bir sıra beynəlxalq insan hüquqları və kinematoqrafiya təşkilatları Sentsovu dəstəklədilər.
Bioqrafiyası 1976-cı il iyulun 13-də Ukrayna SSR-in Krım vilayətində Simferopolda anadan olub. 1993-cü ildən 1998-ci ilədək Kiyev dövlət iqtisad universitetində təhsil alırПрофиль Олега Сенцова . kinoglaz.fr.. Simferopolun mərkəzində kompüter klubu olub. 2011-ci ildə əldə etdiyi pula dünya çempionatında ikinci yeri tutan gamerdən bəhs edən "Qamer" adlı ilk filmini çəkir. Filmin büdcəsi 20 min ABŞ dolları təşkil edirКрымский режиссёр Олег Сенцов: "В моей ленте будут только люди с улицы" . // Крымская газета.. Aktyorlar bütün rolları pulsuz ifa edir. Premyera simferopolun "Kosmos" kinoteatrında keçirilir və demək olar ki, bütün zalı tamaşaçı ilə doldura bilir. Film çıxdıqdan sonra Oleq kompüter klubunu bağlayırСергацкова Е. Олег Сенцов, жертва теракта // Colta.ru. — 2014. — 16 мая.. "Qamer" Rotterdam Film Festivalında təqdim edildi, həmçinin Xantı-Mansidə tənqidçi və kinoşünaslar gildiyasının "Alovun ruhu" mükafatı ilə təltif olunub. 3-cü Odessa Beynəlxalq Film Festivalında Sentsovun filmi münsiflər heyətinin xüsusi diplomuna layiq görüldüЖюри Одесского кинофестиваля объявило первых победителей . Корреспондент.. 2012-ci ilin may ayında "Qamer" Truskavetsdə keçirilən 3-cü Beynəlxalq Film Festivalı çərçivəsində 1000 ABŞ dolları mükafat qazandıВ Трускавце завершился III Международный кинофестиваль . viva.ua..
2013-cü ilin iyul ayında Sentsov XX əsrin 90-cı illərinin uşaqları haqqında "Gərgədan" filminin çəkilişinə başladı. Filmin büdcəsi 1 milyon ABŞ dolları təşkil etdi, onun 43%-i Ukrayna hökuməti tərəfindən ayrılmışdı.
Oleq Sentsov Avtomaydan fəallarından olubФСБ обвиняет крымского кинорежиссёра в терроризме . "Русская служба BBC", 14.05.2014 .. Krım böhranı zamanı "vahid Ukrayna uğrunda" hərəkatını dəstəkləyirdi, Krımda mühasirədə olan ukrayna hərbi hissələri üçün əsas tələbat məhsulları və əşyaları alır və paylayırdı.
Cinayət işi
Həbsi 2014-cü ilin may ayının əvvəlində Sentsov Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən terrorizmdə şübhəli bilinərək həbs olunub.
Sentsovun vəkili "Agora" hüquq müdafiə təşkilatından Dmitri Dinze idi. Bir müddət sonra Sentsov Moskvaya Lefortovo istintaq təcridxanasına köçürüldüФСБ: Украинский режиссёр Сенцов готовил теракты вместе с активистами "Правого сектора" . // Московский комсомолец..
2014-cü il mayın 30-da FTX Sentsovun və digər üç şübhəlinin həbs olunmasını elan etdi; FTX-nin iddialarına görə, onların hamısı "Sağ Sektorun" üzvləridir. "Sağ Sektorda" Sentsovun onların təşkilatının üzvü olduğu məlumatını təkzib etdilərВ "Правом секторе" опровергли причастность к ним режиссёра Сенцова . Газета.ru.. Prosesin sonrakı gedişatı zamanı müdafiə məhkəməyə fiqurantların heç vaxt onun təşkilatının üzvi olmaması barədə "Sağ Sektor" lideri Dmitri Yaroşun imzası ilə təsdiq edilmiş şəhadətnaməni təqdim etdi. İstintaq, ehtimala görə, Ukraynanın "Sağ Sektor" təşkilatının göstərişi ilə hərəkət edən Aleksey Chirniyanı, Gennadi Afanasyevi, Aleksandr Kolçenko, Nikita Borkin, İlya Zuykov, Enver Asanov və Stepan Çirili bu qrupun üzvləri adlandırır. Chirniya və Afanasyev artıq 2015-ci ilin iyul ayından məhkum edilmişdilər, Borkin, Zuykov, Asanov və Çiril isə axtarışda olanlar siyahısına salınıbПроцесс Сенцова. День первый "Медиазона", 21.07.2015.
FTX-nin versiyası üzrə şübhəlilərin əsas məqsədi Simferopol, Sevastopol və Yalta şəhərlərində diversion-terror aktlarının törədilməsi idi; xüsusilə, onları 2014-cü il 8-i may 9-na keçən gecə "Əbədi məşəl memorialının" yaxınlığında və Leninin Simferopoldakı abidəsində əldəqayırma partlayıcı qurğularla partlayışlar həyata keçirməkdə, eləcə də, 14 və 18 aprel 2014-cü il Simferopolda "Krımın Rus icması" ictimai təşkilatının ofislərinin və "Vahid Rusiya" partiyasının nümayəndəliyinin yandırılmasında ittiham etdilərНа территории Республики Крым сотрудниками ФСБ России задержаны члены диверсионно-террористической группы "Правого сектора" . ФСБ РФ..
6 iyun 2014-cü ildə ukrayna konsulu həbs edilmiş Oleq Sentsovun yanına buraxılmır, çünki "RF vətəndaşlığı haqqında" qanuna uyğun olaraq başqa vətəndaşlığı olan RF vətəndaşları, Rusiya tərəfindən Rusiya Federasiyasının vətəndaşı kimi qəbul edilirlər (Rusiya Federasiyasının beynəlxalq müqavilələrində və ya federal qanunda nəzərdə tutulan hallar istisna olmaqla). Əvvəl Rusiya vətəndaşlığı imtina barədə ərizə yazmamış bütün krımlılara verilmişdiК арестованному режиссёру Сенцову не пустили украинского консула , "РБК", 06.06.2014. Bu hal artıq prosesin gedişi zamanı da təkrarlanırdı.
Sentsovun ikinci vəkili Grozev, onun iddiasına görə, Sentsovun qanunsuz həbsi və işgəncələrə məruz qalması ilə əlaqəli Rusiya Federasiyasına qarşı Avropa İnsan Haqları Məhkəməsində iddia açdı.
Məhkəmə 21 iyul 2015-ci ildə Rostov-dondakı Şimali Qafqaz Bölgə Hərbi Məhkəməsi ukraynalı rejissor Oleq Sentsov və aktivist Aleksandr Kolçenkonun işi üzrə məhkəmə istintaqına başladı. Rusiya Federal Təhlükəsizliyi Xidməti onların Rusiyada qadağan olunmuş "Sağ Sektor" ukrayna təşkilatının üzvü olduqlarını elan etdi. İstintaqın versiyasına görə, onlar Krım yarımadasında terror aktları törətməyi planlaşdırırdılar. Bu iş üzrə əvvəllər də krımlı Gennadi Afanasyev və Aleksey Çirniy saxlanılmışdı. Sentsov və Kolchenko işi üzrə istintaq başlanan vaxtadək Afanasyev və Çirniy istintaqla əməkdaşlıq etməyə razılaşmış və artıq yeddi il həbs cəzası almışdılar. Çirniyin keçmiş vəkili İlya Novikov müvəkkilinin istintaqla razılıq əldə etmək üçün yalan ifadə verdiyindən əmindir.
İttihamların mətninə görə, Sentsov və terrorist təşkilatın digər üzvləri, 2014-cü il 9 may gecəsi "Əbədi məşəl memorialının" yaxınlığında və Leninin Simferopoldakı abidəsində əldəqayırma partlayıcı qurğularla partlayışlar həyata keçirməyə, eləcə də, 14 və 18 aprel 2014-cü il Simferopolda "Krımın Rus icması" ictimai təşkilatının ofislərinin və "Vahid Rusiya" partiyasının nümayəndəliyində əhalinin qorxudulması məqsədilə yanğınlar törətməyə hazırlaşırdılar.
Oleq Sentsovu terrorçu qruplaşma hazırlama (Cinayət Məcəlləsinin 205.4 maddəsinin 1-ci hissəsi), iki terror aktını törətməkdə (CM-nin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi), iki terror aktının icrasına hazırlıq (30-cu maddənin 1-ci hissəsi və CM-nin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi), habelə silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsinə aid iki epizodda (CM-nin 222-ci maddəsinin 3-cü hissəsi) ittiham etdilər. "Terror birliyinin yaradılması" maddəsi ilə minimal cəza 15 il, maksimum isə ömürlük həbsdir. Müzakirələr zamanı dövlət ittihamçısı Tkaçenko Sentsovun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 23 il müddətinə azadlıqdan məhrum edilməsini, Aleksandr Kolçenkonun isə 12 ilədək həbs cəzasına məhkum edilməsini tələb etdiПроцесс Сенцова. Приговор "Медиазона", 25.08.2015.
Sentsov və Kolçenkoya qarşı ittihamlar, əsasən, həbs edildikdən dərhal sonra istintaqla əməkdaşlıq etməyə başlayan Gennadi Afanasyev və Aleksey Çirniyin ifadələrinə əsaslanırdı. FTX tərəfindən aparılan istintaqın materialları kənar adamlar üçün əlçatmaz idi vəkillərdən məlumatları yaymamaq barədə iltizam alınır. Dmitri Dinzenin sözlərinə görə, cinayət işində rejissorun "terrorçuluğa" cəlb olunmasına dair başqa sübut yoxdur: nə dinləmə, nə əməliyyat-axtarış tədbirlərinin materialları.
Sentsov ona qarşı irəli sürülən cinayətlərdə təqsirsiz olduğunu elan etdi və işi siyasi və uydurulmuş adlandırdı. Məhkəmə prosesində o, dindirmə zamanı istintaqı maraqlandıran ifadə ondan almaq cəhdləri barədə məlumat verdi; bunun üçün onu əllə, ayaqla, dəyənəklə döyürdülər, paketlə boğurdular və hətta zorlamaqla hədələyirdilər. İstintaq zamanı tətbiq edilən işgəncələr barədə ikinci təqsirləndirilən şəxs, sol qanad fəalı Aleksandr Kolçenko da məlumat verdi.
İttihamın şahidi kimi çıxış edən Gennadi Afanasyev dindirmə zamanı bildirib ki, istintaq mərhələsində verdiyi ifadəni məcburiyyət altında vermişdirПроцесс Сенцова. Допрос Афанасьева "Медиазона", 31.07.2015''.
Çirniy və Afanasyevin ifadələrindən əlavə iş əməliyyat tədbirlərinin digər şahidlərinin ifadələri əsasında qurulmuşdu. Xüsusən, istintaq iddia edir ki, Sentsov Afanasiyevin telefonundan Çirniya zəng edib və ona partlayıcı qurğunun hazırlanmasını tezləşdirməyi deyib. Məhbusların birindən götürülmüş tapançanın üzərində Sentsovun bioloji materialları aşkar edilmişdir (по словам Сенцова, биологический материал появился после того, как его били этим пистолетом).
2015-ci il avqustun 25-də Şimali Qafqaz Bölgəsi Hərbi Məhkəməsi Sentsovu cəzasını ciddi rejimli təhlükəsizlik koloniyasında çəkməklə 20 il həbs cəzasına məhkum etdi, Aleksandr Kolçenkoya ciddi rejimli koloniyada olmaqla 10 il təyin edildi.
2015-ci il noyabrın 24-də Rusiya Ali Məhkəməsi Sentsov və Kolçenko barədə hökmləri qüvvədə saxlayıb. RF Ali Məhkəməsinin hökmü elan edildikdən sonra növbəti hərəkətlərini şərh edən məhkumların vəkilləri müştərilərinin Ukraynaya qaytarılmasını istəyəcəklərini bildirdilər. Onların fikrincə, bu, "Estoniyalı casus Kohver ilə olduğu kimi" mübadilə müqaviləsinin bağlanması və ya məhkumların çəzalarını çəkmələri üçün "vətəndaşı olduqları" ölkəyə getməsini nəzərdə tutan Rusiya və Ukrayna arasında ikitərəfli razılaşma tətbiq edilməsi ilə baş verə bilər.
Oleq Sentsov televiziya kanallarının məhkəmənin qərarından əvvəl yalnız xüsusi xidmət orqanlarının məlumatına əsaslanaraq onu terrorçu adlandırmalarını əsas gətirərək RF FTX və bir sıra rusiya KİV-lərinə qarşı şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia qaldırdı. İddia üzrə təqsirləndirilənlər FTX, "News Media", "Pervıy kanal", "NTV (Rusiya)", "Ulduz" teleşirkəti, BFM.ru, VGTRK elan edilib.
2016-cı ilin fevral ayında vəkil Mark Feyqin Oleq Sentsovun Yakutiyaya köçürülməsi barədə məlumat vermişdirУкраинского режиссёра Олега Сенцова этапировали в Якутию "РБК", .02.2016.
23 mart 2016-cı ildə Rusiya ombudsmanı Ella Pamfilova 2015-ci il məruzəsində Sentsovun şikayətləri ilə bağlı qəbul edilən qərar nəticəsində "Onların ukrayna vətəndaşlığlarının tanındığını" yazır.
2016-cı il oktyabrın 7-də Rusiya Ədliyyə Nazirliyi Krımın Rusiyaya qoşulmasına dair qanuna əsasən Sentsovun Rusiya Federasiyasının vətəndaşı olduğunu əsas gətirərək Oleq Sentsovun Ukraynaya ekstradisiya edilməsinə imtina etdi. 6 fevral 2017-ci ildə Rusiya Sentsov və Aleksandr Kolçenkonu ekstradisiya etməkdən təkrar imtina etdi.
Həbsxana 2016-cı ilin fevralında Oleq Sentsov cəzasını çəkmək üçün Yakutiyə göndərildi.
2017-ci ilin sentyabrında "Rusiya Cəzaların İcrası üzrə Federal Xidmət Şöbəsinin Yamalo-Nenets Muxtar Dairəsi 18 saylı məhkum koloniyasına", Harp qəsəbəsinə köçürülmüşdür.
2017-ci ilin oktyabr ayında Labitnangi şəhərinə (Yamalo-Nenets Muxtar Dairəs) 8 nömrəli "Ağ ayı" cəzaçəkmə müəssisəsinə köçürülmüşdür.
14 may 2018-ci ildə, "Ağ ayı" cəzaçəkmə müəssisəsində olan Oleq Sentsov müddətsiz aclıq aksiyası elan edərək, Rusiyada həbsdə olan 64 Ukraynalı siyasi məhbusun azad edilməsini tələb edir, lakin özünün azad olunmasını tələb etmir. Bu barədə vəkil Dmitri Dinze mayın 16-da KİV-ə məlumat verib. Bundan əvvəl Sentsov təxminən ay yarım ərzaq köçürülmələrindən imtina edərək və minimal miqdarda yemək yeyərək aclıq aksiyasına başlamağa hazırlaşırdı. Elandan sonra o, səhhətinə həkimin nəzarət etdiyi ayrıca kameraya köçürüldü.