Samedik filmi rejissor Sahil Nəzərov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Arı Productionda istehsal edilmişdir. Bütün hadisələr mafiya dəstəsinin iki ağıldan kəm üzvünün oğurladıqları hard diski yoldan təsadüfən keçən Samedik adlı uşağın önünə atmaqla başladı. Əsas rolları Səməd Səfiyarov, Səbinə Əliyeva, Elsəvər Mehdizadə, Elşən Hacıbabayev, Nizami Həsənli, Ataş Hüseyn, Sayqa Cahid və Pərvanə Talıbzadə ifa edirlər.

Məzmun Bütün hadisələr mafiya dəstəsinin iki ağıldan kəm üzvünün oğurladıqları hard diski yoldan təsadüfən keçən Samedik adlı uşağın önünə atmaqla başladı. Hard diski götürən Samedik özü də bilmədən özünü böyük bir tələyə saldı. Qağa adlı mafiya başçısı ağıldan kəmlərin bu işdə onu yarıtmayacaqlarını başa düşərək işə özü əl atdı. Çarəsiz qalan Samedikin köməyinə isə onun partizan babası çatır. Babanın varlığından xəbər tutan Qağa yol alır babanın dədə — baba yurdu olan Novxanıya. Qalan əhvalatlar da Novxanı kəndində cərəyan edir. Mafiya üzvləri onun babasını tutub aparır və Samedik evdə tək qalır. Ən sonda onun köməyinə nənəsi gəlir və mübarizədən Samedik qalib ayrılır.

Film haqqında Filmin tam ssenarisi 10 günə ərsəyə gəlmişdir."Evdə tək" filminin Azərbaycan versiyası çəkildi , news.day.az Filmin çəkilişləri 2016-cı ilin payızında başlanılaraq Bakının Mərdəkan qəsəbəsində və Fatməyi kəndində baş tutub.

Filmin üzərində işləyənlər Rejissor: Sahil Nəzərov Ssenari müəllifi: Ramiz Hüseynzadə Operator: Əhməd Barasov Prodüser: Ramiz Hüseynzadə Rəssam: Ziya Dolxanov, Valeh Davudov Bəstəkar: Tural Məmmədli

Rollarda Səməd SəfiyarovSəbinə ƏliyevaElsəvər MehdizadəElşən HacıbabayevNizami HəsənliAtaş HüseynSayqa CahidPərvanə Talıbzadə

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2017-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:2007-ci ilin Azərbaycan filmləri