Qara şimşək () – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 45-ci sayında (dekabr 1965) peyda olmuşdur. Qara şimşək supergüclərə malik Qeyri-insanlar adlı irqin lideri və kralıdır.
Qara şimşək bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. 2017-ci ildə buraxılmış və Marvel Kinematoqrafiya Kainatına daxil olan "Qeyri-insanlar" serialında Qara şimşək rolunu Enson Maunt canlandırmışdır.
Nəşrolunma tarixi thumb|Qara şimşəyin ilk dəfə göründüyü "Fantastic Four" komiksinin 45-ci sayı.|left Qara şimşək Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 45-ci sayında (dekabr 1965) peyda olmuşdur.
Bioqrafiya Qara şimşək ilk peyda oluşunda Qeyri-insanların başçısı kimi təqdim olunmuşdur.Fantastic Four #45–46 (December 1965 – January 1966) "Tales of the Inhumans" hekayədə Qara şimşəyin hekayəsi açıqlanmışdır. Kral Aqonun və Kraliça Rindanın oğlu olan Qara şimşək hələ embrionda ikən Terriqen dumanlarına məruz qalmış və elektronları manipulyasiya etmək gücü qazanmışdır. Bu səbəbdən də dağıdıcı səs gücü əldə etmişdir. Kiçik bir pıçıltısı belə dağıdıcı olduğundan uşaq ikən səs keçirməz otaqda güclərini idarə etməyi öyrənmişdir. Heç vaxt danışmamağa and içərək Qeyri-insanlar cəmiyyətinə qayıdan Qara şimşək qardaşı Maksimusun hücumuna məruz qalmış, lakin qardaşının hücumu nəticəsiz qalmışdır.Thor #146 (November 1967); #148–149 (January – February 1968); #152 (May 1968)
Qeyri-insanların şəhəri Attilanın kralı olan Qara şimşək xarici dünyanı kəşf etmək üçün şəhəri tərk edir.Fantastic Four #59 (February 1967) Xalası qızı Meduzanın hekayəsində peyda olur,Marvel Super-Heroes #15 (July 1968) Qeyri-insan Kral Ailəsini məğlub edən Halkla üzləşir,The Incredible Hulk Annual #1 (October 1968) Fantastik dördlüklə birlikdə qardaşı Maksimusa qarşı döyüşür.Fantastic Four #82–83 (January – February 1969)
Güclər Terriqen kristalının dumanına məruz qalan digər Qeyri-insanlar kimi Qara şimşək də qeyri-insanı gücə, dözümlülüyə, reflekslərə malikdir. Qara şimşək supersonik səs bacarığına malikdir. Kiçik bir pıçıltısı belə çox dağıdıcı təsir göstərir. Hətta bir planeti də məhv edə bilər.Inhumans vol. 2 #6 (April 1999)Inhumans vol. 3 #4 (October 2000) Buna görə də demək olar ki, danışmamağa üstünlük verir. Başının üstündəki çəngələbənzər antena güclərini idarə etməsinə kömək edir. Bunlardan əlavə, uçmaq qabiliyyətinə də malikdir.
İstinadlar
Xarici keçidlər
Qara şimşək Marvel Vikisində.
Kateqoriya:Marvel Comics superqəhrəmanları Kateqoriya:1965-ci ildə tanıdılan komiks personajları Kateqoriya:Sten Li tərəfindən yaradılmış personajlar Kateqoriya:Qeyri-insanlar Kateqoriya:Cek Körbi tərəfindən yaradılmış personajlar Kateqoriya:Səsi manipulyasiya edə bilən personajlar Kateqoriya:Uydurma krallar Kateqoriya:Larri Liber tərəfindən yaradılmış personajlar Kateqoriya:Marvel Comics telepatları