Hadisələr 1 may — Estoniyanın Avropa İttifaqı üzvlüyünə daxil olması. 3 yanvar — Bakıda Azərbaycan Respublikasının Nazirlər Kabineti və ABŞ Müdafiə Nazirliyi arasında “Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlıq haqqında saziş” imzalanması. 12 yanvar — Prezident İlham Əliyev tərəfindən Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamların imzalanması. 3 fevral — Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan" sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi üzrə son sənədlərin təntənəli imzalanma mərasiminin keçirilməsi. 11 fevral — Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramınının (2004—2008-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalanması. 5 aprel — Azərbaycan Respublikası ilə Çad və Şərqi Timor dövlətləri arasında diplomatik münasibətlərin yaradılması. 20 aprel — Azərbaycan Respublikası ilə Paraqvay arasında diplomatik münasibətlərin yaradılması. 10 may — Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik irsinin öyrənilməsi və təbliği, bu irsdən bəhrələnərək sosial, xeyriyyə və maarifçilik layihələrı keçirmək məqsədilə yaradılan Heydər Əliyev Fondunun fəaliyyətə başlaması. 19 may — Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında yeni ərazi-inzibati vahid — Kəngərli rayonunun təşkil olunması. 28 may - Azərbaycan Respublikası ilə Keniya arasında diplomatik münasibətlərin yaradılması. 11 iyun — "Azərsu" Səhmdar Cəmiyyətinin yaradılması. Lənkəran və Astara rayonlarının ərazisində (Hirkan Dövlət Qoruğu əsasında,1936) Hirkan Milli Parkının təşkil olunması. Xızı və Siyəzən rayonları ərazisində (Altıağac Dövlət Qoruğu əsasında, 1990) Altıağac Milli Parkının təşkil olunması. "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi.
Doğumlar 5 yanvar — 2hollis 29 fevral — Abduqodir Xusanov 10 noyabr — Molli Santana
Ölümlər 1 fevral — Lütfi Məmmədbəyli, Azərbaycan aktyoru və rejissoru. 8 iyun — Ömər Əliyev, azərbaycanlı uzunömürlü. 28 sentyabr — Mülk Rac Anand, Hind yazıçısı, alim, ictimai xadim