Anna Rudolf (; doğ. 12 noyabr 1987, Mişkolts, Macarıstan) — macar şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2008), kişilər arasında beynəlxalq usta (2015). Daha çox şahmat şərhçisi və analitiki kimi tanınır.
Həyatı Anna Rudolf Mişkolts şəhərində anadan olsa da, uşaqlığı Macarıstanın cənubundakı kiçik Batasek şəhərində keçib. Dörd yaşında olarkən bacısı ilə birlikdə şahmat oynamağa başlayıb. Peç Universitetinin məzunudur. 2008, 2010 və 2011-ci illərdə Macarıstan çempionu olub.
Anna Rudolf qadınlardan ibarət Macarıstan yığmasının heyətində 2008, 2010 və 2012-ci illərdə Olimpiadaların, 2009, 2011, 2013 və 2015-ci illərdə isə Avropa çempionatlarının iştirakçısı olub.
Oyun stili Anna Rudolf mövqe oyunçusudur və fransız müdafiəsi tərəfdarıdır.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Anna Rudolf . Chess-DB.com Anna Rudolf . Chessgames.com Anna Rudolf . 365Chess.com
Kateqoriya:Macarıstan şahmatçıları Kateqoriya:Macarıstanda doğulanlar Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat beynəlxalq ustaları