Oleq Əmirbəyov (tam adı: Oleq Arnoldoviç Əmirbəyov ; 16 dekabr 1986, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan teatr və kino aktyoru, televiziya aparıcısı, jurnalist, Azərbaycanın əməkdar artisti (2021). Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru (2026).

Həyatı Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə Bakı şəhərində Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası ilə bitirmişdir. 2010-cu ildən bəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. O, həmçinin «AzTv» və «Mədəniyyət» kanallarında televiziya aparıcısı olaraq çalışmışdır. Buna əlavə olaraq, Əmirbəyov 2008-2009-cu illərdə «Mir» telekanalının müxbiri vəzifəsində çalışmışdır. 14 fevral 2026-cı ildə mədəniyyət naziri müvafiq əmri ilə Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

Şəxsi həyatı Evlidir. Cəmil adlı bir oğlu var.

Mükafatları 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya Sübhün səfiri (film, 2012) Ən sadə soyad (film, 2012) Ağabəyovlar (film, 2012-2014) Mən evə qayıdıram (film, 2014) Tağıyev. Çar (film, 2025)

İstinadlar

Xarici keçidlər Oleq Əmirbəyov — kino-teatr.ru saytında.

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri