Əyripəncə () (həm də Əyripəncə oğlan kimi tanınır) — 1642-ci ildə İspaniya rəssamı Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəridir. Neapolda çəkilmiş rəsm əsəri hazırda Parisdəki Luvr muzeyinin kolleksiyasında saxlanılır. Sənət tarixçisi Ellis Uoterhaus əsəri “Riberanın büün yaradıcılığını təfsir edən təcrübə daşı adlandırır.”
Flamand taciri tərəfindən sifariş edilmiş rəsmdə neapollu dilənçi oğlan təsvir edilmişdir; onun ayağı deformasiyalıdır. Oğlanın arxasında geniş və işıqlı peyzaj təsvir edilmişdir, nazik və köhnə geyimdə olan uşaq gülümsəyir, onun sol çiynində qoltuqağacı vardır. Əlində tutduğu kağızda latın dilində yazılmışdır: “DA MIHI ELEMOSINAM PROPTER AMOREM DEI” ().
Tarixi
Rəsm Riberanın ən son və sərt əsərlərindən biridir. Rəng və ton kontrastı əsərin əsas xüsusiyyətlərindən biridir. İtaliya İntibah rəssamlarının və Flamand rəssamlarının kompozisiyalarını öyrənməsi və bütün həyatı boyu İtaliyada yaşamasına baxmayaraq o, İspaniya rəssamlarının realist stilindən təsirlənmişdir.M. Scholz-Hansel, Jusepe De Ribera (Masters of Spanish Art), Konemann UK Ltd (2001), passim.
İnsan zəiflikləri haqqında xristian düşüncəsinə meyil edən İspaniya rəssamları tez-tez əsərlərində dilənçilər, şikəstlər və əbləhləri təsvir edirdilər. Rəsmdə şəxsi halına oyun kimi yanaşan balaca avara təsvir edilmişdir; əlində tutduğu üzərində latınca yazılmış kağız vasitəsiylə balaca avara izləyicisinə ehtiyacı olduğunu və kömək gözlədiyini də bildirir.Cf. M. Scholz-Hansel, ibid., p.89.
Karravacco tərəfindən yaradılan və sonradan Neapolda realist stilin ən sadiq davamçısı olan Ribera tərəfindən izlənən motiv, sözsüz ki, incəsənətdə aşağı sinifin həyat səhnələrinə marağın törəməsidir.M. Laclotte & J-P. Cuzin, The Louvre: Paintings, Scala Publishers Ltd (2004), s.v. "Ribera". İstinadlar
Ədəbiyyat (no. 60)
Xarici keçidlər The Clubfoot, Louvre Lubbock, Tom. de Ribera, Jusepe: The Boy with the Club Foot (1642), The Independent, 14 March 2008. The Clubfoot, on Artble website. Accessed 13 January 2012
Kateqoriya:Xose de Riberanın rəsmləri Kateqoriya:1642-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:İspaniya rəssamlarının əsərləri Kateqoriya:İspaniya rəssamlarının Luvr muzeyində saxlanan əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər