Florensiya () — Kaketa departamentinin inzibati mərkəzi, Kolumbiyanın cənub-qərbində yerləşən, şəhər və bələdiyyədir.

Tarixi Şəhər 25 dekabr 1902-ci ildə Doroteo de Pupiales tərəfindən qurulmuşdur. 1912-ci ildə Florensiyaya bələdiyyə statusu verildi və eyni ildə şəhər şurasına ilk seçkilər keçirildi. 1950-ci il martın 14-də Florensiya, Kaketa departamentinin inzibati mərkəzi seçildi.

Coğrafi mövqeyi Şəhər departamentin şimali-qərb hissəsində yerləşir, Aça çayının sol sahilində, şərq Kordilyer sıra dağlarının ətəklərində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 561 metr yüksəklikdədir.

Əhalisi 2012-ci ildə siyahıyaalınma zamanı şəhər əhalisinin sayı 163 323 nəfər idi. Şəhər əhalisinin illər üzrə say artımı: 2005 2006 2007 2008 2009 2010 2011 2012 143 871 146 307 149 031 151 778 154 595 157 450 160 383 163 323 Ağ və metislər irq olaraq şəhər əhalisinin 95,9%-ni, zəncilər 3,3%-ni, hindular isə 0,8%-ni təşkil edir. 5 il ərzində əhalinin arasında savadlılıq səviyyəsi 91,3%-ni təşkil etmişdir. 2005-ci il məlumatlarına görə, Florensiyanın əhalisi yaşlarına görə bölünmüşdü: 44,87%-i 20 yaşdan aşağı sakinlər, 30,96%-i 20 və 39 yaş arası, 17,07%-i 40 ildən 59 yaşa qədər olanlar və 7,11%-i 60 yaşdan yuxarı olanlar.

Həmçinin bax Kolumbiyanın inzibati bölgüsü Boqota Tunxa Monteriya Kibdo Manisales İnirida San Xose del Quavyare

İstinadlar

Kateqoriya:Kolumbiya şəhərləri