Lumbovski adası - Ağ dənizə daxil olan Lumbovski körfəzində yerləşən ada. Ada Kola yarımadasının Terski sahilindən 3 km aralıdadır. Uzunluğu 3 km, eni 2 km-dir. Səthi təpəli platodan ibarətdir. Maksimnal hündürlüyü 54 metrdir (adanın cənub-qərbində). Tundra bitkilərinə sahibdir. Adada iki iri olmayan göl vardır. Ada 1682-ci ildə hollandiyalı Yohann van Kyoleninj tərtib etdiyi xəritədə təsvir edilmişdir. İstinadlar

Kateqoriya:Ağ dəniz adaları Kateqoriya:Murmansk vilayəti adaları Kateqoriya:Murmansk vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Ağ dənizin yaşayış olmayan adaları