Möhsün Həştrudi () — azərbaycanlı şair, alim, riyaziyyatçı.

Həyatı və təhsili Həştrudi Möhsün İsmayıl oğlu 1907-ci il dekabrın 13-ü Təbriz şəhərində anadan olub. Orta təhsilinə Təbrizdə başlayır. Sonradan isə Tehrana köçərək burda məşhur Darülfünun məktəbində oxuyaraq 1925-ci ildə həmin məktəbi bitirir. 1936-cı ildə Sarbonna Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq müdafiəsi Difernsial Həndəsə mövzusuna həsr olunub.

Fəaliyyəti Doktorluq dərəcəsini aldıqdan sonra İrana geri dönür. Təbriz və Tehran universitetlərində fəaliyyət göstərir. Bütün fəaliyyəti ərzində daima beynəlxalq elmi assosiasiyalar ilə əlaqə saxlamışdır. Bir müddət Harvard universitetində mühazirələr verib.

Ailəsi Atası Şeyx İsmayıl Şeyx Məhəmməd Xiyabaninin məsləhətçisi olmuşdur.

Rübab adlı xanımla ailə həyatı qurmuş və bu evlilikdə Frenk, Fariba və Ramin adlı övladları dünyaya gəlmişdir.

Ölümü Möhsün Həştrudi 1976-cı il sentyabrın 4-də 68 yaşında ürək tutmasından vəfat edib. O, Tehranın "Beheşt Zəhra" qəbiristanlığında 824 nömrəli məzarda dəfn olunub.

Xatirəsi thumb|left|Möhsün Həştrudinin Təbrizdəki heykəli. Professor Möhsün Həştrudinin xatirəsinə Həştrud şəhərinin girişində, 2018-ci ilin fevral ayında isə Təbrizin "Fələkeyi Danişgah" meydanında heykəli ucaldılıb.

İran Riyaziyyatçılar Cəmiyyətinin bir mükafatı məhz Möhsün Həştrudinin adını daşıyır.

Həmçinin bax Şeyx İsmayıl Həştrudi Təbriz Universiteti Tehran Universiteti Şeyx Məhəmməd Xiyabani

Xarici keçidlər Möhsün Həştrudinin həyatı

İstinadlar Kateqoriya:Azərbaycanlı riyaziyyatçılar Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:Behişti-Zəhrada dəfn olunanlar Kateqoriya:İran azərbaycanlısı alimlər