Yekaterina Zaxariyeva (tam adı: Yekaterina Zaxariyeva, ; ) — Bolqarıstan siyasətçisi, Bolqarıstanın Xarici İşlər naziri (4 may 2017-ci ildən). O, 2013-cü ildən müvəqqəti Baş nazir müavini və Regional inkişaf naziri olmuşdur.

Həyatı Zaxariyeva 1975-ci ildə Pazarcıqda anadan olmuşdur. Yerli kollecdə alman dilini səlis öyrənmişdir. Plovdiv Universitetinin hüquq fakültəsindən məzun olduqdan sonra hüquq üzrə magistr təhsili də almışdır.Ekaterina Zakharieva , President of the Republic, retrieved January 2014

Fəaliyyəti 2001-2003-cü illərdə vəkil kimi işlədikdən sonra 2003-cü ildən Bolqarıstanın Ətraf Mühit və Su Ehtiyatları nazirliyində hüquq məsləhətçisi kimi fəaliyyətə başlamışdır. Zaxariyeva 2007-ci ildə Hüquqi, İnzibati və Tənzimləmə Xidmətlərinin direktoru olmuşdur.

2009-cu ildən siyasətə daxil olan Yekaterina Zaxariyeva Regional İnkişaf naziri Rosen Plevnelievin müavini olmuşdur. Plevneliev Bolqarıstan Respublikasının Prezidenti olduqda Zaxariyevanı 2013-cü ilin mart ayından may ayınadək Baş nazirin müavini vəzifəsinə təyin etmişdir.Visit of Ekaterina Zaharieva, Bulgarian Deputy Prime Minister and Minister for Regional Development and Public Works, to the EC , March 2013, retrieved January 2014 O, Bolqarıstan Kabinetində Baş nazir Marin Raykovun müvəqqəti müavini olmuşdur.

18 dekabr 2015-ci ildən 27 yanvar 2017-ci ilədək Ədliyyə naziri kimi fəaliyyətinə davam etmişdir. 4 may 2017-ci ildən Bolqarıstanın Xarici İşlər naziridir.

İstinadlar

Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XXI əsr hüquqşünasları