thumb|200px|left|Atollun kosmosdan təsviri. Aratika () — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakarava atolundan 47 km şimalda, Kauehidən isə 35 km şimal-şərqdə yerləşir.

Coğrafiya Atollun sahəsi 8,2 km²-dir. Daxilində böyük laqun vardır. Atollun şimal və cənubundan laqun okeanla kiçik boğazla birləşir.

İnzibati bölgüsü İnzibati baxımından Fakarava kommunasına daxildir.

Əhali 2017-ci il məlumatına görə adada 225 nəfər yaşayır. Paparava əsas yaşayış məntəqəsidir. Adada uçuş-eniş zolağı var.

İstinadlar

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Tuamotu Kateqoriya:Mərcan adaları