thumb|right|290px|Paris şəhərindən 25 km məsafədə yerləşən Lövil-sür-Orj qəsəbəsindəki Gürcüstan Demokratik Respublikasının sürgün hökumətinin mənzil qərargahı. Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti () — Gürcüstan Demokratik Respublikasının parlamentinin üzvləri və hökumət rəhbərlərindən təşkil olunmuş Fransanın paytaxtı Paris şəhəri yaxınlığında uzun müddət fəaliyyət göstərmiş sürgün hökuməti. Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti 1921-ci ilin 17 mart tarixində Qızıl Ordunun Gürcüstanı işğalından sonra yaranmışdır və təşkilat özünü rəsmi yazışmalarda Gürcüstanın Milli Hökuməti şəklində adlandırmışdır.

Tarix 180px|left|thumb|GDR-in II və III kabinetinin rəhbəri olmuş Noy Jordaniya

Fransaya sürgün

1921-ci ilin mart ayında Qızıl Ordunun Gürcüstanı işğalı nəticəsində ölkədə idarə olunmaz vəziyyət yaranmışdır. 1921-ci ilin 18 mart tarixində Batumi şəhərində Nikolay Çxeidze(French) Nicolas Tchkhéidzé, Président of l'Assemblée constituante . rəhbərliyi ilə keçirilmiş parlamentin son iclası zamanı Gürcüstan Demokratik Respublikasının Noy Jordaniya rəhbərliyi altında sürgünə göndərilməsinə qərar verilmişdir. Elə həmin gün hökumət üzvləri, Gürcüstanın Təsis Məclisinin bir neçə deputatı, bir neçə hərbçi və onların ailə üzvləri Ernest Renan adlı gəmiyə minərək əvvəlcə Türkiyənin İstanbul şəhərinə oradan isə Fransanın paytaxtı Paris şəhərinə gələrək burada siyasi sığınacaq üçün müraciət etmişdilər.

1924-cü il qiyamına hazırlıq

thumb|right|332x332px|GDR-in ilk Baş Naziri olmuş Noe Ramişvili 1930-cu ilin 7 dekabr tarixində Paris şəhərində bolşevik xəfiyyələr tərəfindən öldürülmüşdür Hökumət rəsmiləri Gürcüstan Demokratik Respublikasının maliyyə fondlarından istifadə edərək Fransanın Paris şəhəri yaxınlığında yerləşən Lövil-sür-Orj () qəsəbəsində 5 hektar sahəsi olan malikanə satın alınmışdır. Qala olaraq adlandırılan malikanə üç mərtəbəli olmaqla tikilmişdir. Leuville qəsəbəsi sürgündə olan hökumətin əsas mərkəzi olaraq hadisələrin sonuna qədər fəaliyyət göstərmişdir. Mühacirlərin hər zaman maddi çətinlik yaşamaqlarına baxmayaraq, sürgün hökuməti Gürcüstan Demokratik Respublikasının əsas hərəkətverici siyasi qüvvələrindən olan Sosial Demokrat Partiyası və Gürcüstanda mövcud olan digər anti-sovet birləşmələrlə sıx əlaqələr qurmağı bacarmışdır.

Sürgün hökumətinin Gürcüstan Azadlıq Komitəsinə göstərmiş olduğu yardımlar nəticəsində 1924-cü ildə bütün ölkəni əhatə etmiş Avqust qiyamı həyata keçirilmişdir. 1924-cü ilin avqust-sentyabr aylarında Gürcüstan Sovet Sosialist Respublikasında baş tutmuş Avqust qiyamı SSRİ ərazisində həyata keçirilmiş ən böyük anti-sovet hərəkatı kimi qeyd edilməkdədir. Qiyamın əsas məqsədlərindən biri də, Gürcüstandakı bolşevik hakimiyyətinə son qoyub, Fransada məskunlaşmış sürgün hökumətini yenidən hakimiyyətə gətirmək olmuşdur. Qiyamdan az əvvəl sürgün hökumətin kənd təsərrüfatı naziri Noe Xomeriki(French) Noe Khomeriki, ancien ministre de l'Agriculture ., Tbilisi şəhərinin keçmiş meri Benia Çxikvişvili(French) Benia Chkhikvishvili, ancien maire de Tbilissi . və Xalq Qvardiyasının keçmiş komandiri Valiko Cuqeli(French) Valiko Jugheli, ancien commandant de la Garde populaire . gizli olaraq Gürcüstana qayıtmışdır. ÇK tərəfindən izlənən hər üç şəxs həbs edilmiş və daha sonra isə edam edilmişdir.

Gürcüstana beynəlxalq diqqət thumb|335x335px|GDR sürgün hökumətinin 1953–1954-cü illərdə rəhbəri olmuş Yevgeni Gegeçkori Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti Fransada fəaliyyət göstərməyə başladığı ildən etibarən bir necə dəfə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışmışdır. Gürcüstandakı sovet hakimiyyətinə son qoymağa çalışan hökumət, 1922 və 1924-cü illərdə bir necə memordanumu Gürcüstanın suverenliyini dəstəkləyən İngiltərə, Fransa və İtaliya hökumətlərinə, həmçinin Millətlər Liqasına göndərmişdir. Ümumiyyətlə, dünya dövlətləri Sovet Sosialist Respublikaları İttifaqının artmaqda olan gücü qarşısında Gürcüstanın işğal edilməsi məsələsinə laqeyd yanaşmışdır. Sürgün hökumətinin bütün səylərinə baxmayaraq, Gürcüstan probleminin işıqlandırılması bir necə qərb mətbuat orqanında və Oliver Vardrop kimi gürcüşünaslıqla məşğul olan şəxslərin fərdi təşəbbüslərindən uzağa getməməmişdir. Qərbi Avropa bu məsələdə tərəfsiz qalmağa üstünlük vermişdir.Charles King (2008), The Ghost of Freedom: A History of the Caucasus, p. 173. Oxford University Press, .

Gürcü mühacirlər zamanla böyük güc olaraq adlandırlan dövlətlərdən hər hansısa bir dəstəyin gəlməyəcəyinə əmin olmağa başlamışdılar. Nikolay Çxeidzenin 1926-cı ildə intihar etməsiGeorgian government in exile, Karlo Chkheidze's burial . və Gürcüstan Demokratik Respublikasının ilk dövlət başçısı olmuş mühacir hökumətin əsas simalarından sayılan Noe Ramişvilinin 1930-cu ilin 7 dekabr tarixində(French) Noe Ramishvili, President of the first Government . Parisdə bolşevik cəsuslar tərəfindən öldürülməsi sürgün hökumətinin fəaliyyətinə ciddi formada mənfi təsir göstərmişdir.

SSRİ xüsusi xidmət orqanları Avropada və xüsusi ilə Fransada fəaliyyət göstərən əməkdaşlarının bir çoxu İkinci Dünya müharibəsindən əvvəl və sonra Gürcüstan Demokratik Respublikasının sürgün hökumətinin daxilinə sızmağı bacarmışdır. SSRİ-də Baş Dövlət Təhlükəsizliyi Komissarı olmuş Lavrenti Beriya sürgün hökumətin fəaliyyətinin zərərsizləşdirilməsində yaxından iştirak etmişdir.

Siyasət

Noy Jordaniya hökumətinin Gürcüstanı tərk etməsinə qədər Gürcüstan Demokratik Respublikasının beynəlxalq səviyyədə tanınması istiqamətində müxtəlif addımlar atılmışdır. Gürcüstan SSR-nin yaradılmasından sonra Noy Jordaniya və tərəfdarları sürgün hökumətinin tanınması yolunda Parisdəki mərkəzlərindən sistemli fəaliyyətə başlamışdılar. Sürgün hökumətini ilk tanıyan dövlətlər 1921-ci ilin 28 mart tarixində Liberiya və 1921-ci ilin 12 may tarixində isə Meksika olmuşdur. Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti bir müddət Polşa, Belçika, Böyük Britaniya və Fransa tərəfindən Leqitim Gürcüstan hökuməti kimi tanınmışıdır.Stefan Talmon (1998), Recognition of Governments in International Law, p. 289-290. Oxford University Press, .

Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti praktiki olaraq 1932-ci ilə qədər Paris yaxınlığında yerləşən Lövil-sür-Orj qəsəbəsindəki iqamətgahında fəaliyyətlərini davam etdirmişdir. 1930-cu illərdən etibarən hökumət Gürcüstan Demokratik Respublikasının sabiq ədliyyə naziri olmuş Sosipatre Asatiani başçılıq etmişdir.(French) Sosipatre Asatiani, premier secrétaire de la Légation géorgienne à Paris . 1932-ci ilin 29 noyabr tarixində Fransa və Sovet Sosialist Respublikaları İttifaqı arasında Qeyri-təcavüz Paktı imzalanmış və bu pakt əsasında Fransada fəaliyyət göstərən anti-sovet təşkilat və birliklərin fəaliyyətləri faktiki olaraq sonlandırılmışdır.

GDR sürgün hökumətinin rəhbərliyi

1921–1953 — Noy Jordaniya (1868–1953) 1953–1954 — Yevgeni Gegeçkori (1881–1954)

İstinadlar

Kateqoriya:Gürcüstanın dövlət quruluşu Kateqoriya:Gürcüstan tarixi Kateqoriya:Sürgündəki keçmiş hökumətlər Kateqoriya:Menşeviklər Kateqoriya:Sürgündəki hökumətlər