Kristina Asmus (, Əsl familyası: Myasnikov; d.14 aprel 1988, Korolyov, Moskva) — Teatr və kino aktrisası. "İnternlər" serialında Varvara Çernous rolu ilə tanınır.
Həyatı
Kristina Myasnikova 14 aprel 1988 il İqor Lvoviç və Radada Myasnikovun ailəsində Kalininqradda (İndi Korolev) anadan olub, üç bacısı var: böyüklər — Yekaterina və Olqa, ikisi də Saratovda, Karina isə Korolyavda anadan olmuşdur.
Gəncliyində gimnastika ilə məşğul olmuş, idman ustası namizədi rütbəsinə nail olmuşdur. Bir məktəbli olaraq, "MEL" teatrında ""Burada şəfəqlər sakitdir"" (Jenya Komelkova) tamaşasında və Korolyov şəhərindəki bir teatrda N.Yermakova "Madmazel Tarjinin portreti" (Fantin) pyesini oynamışdı.
Uşaqlıqda "Vəhşi mələk" serialına baxaraq aktrisa olmağa qərar verən A.Kristina Nataliya Oreyronın pərəstişkarı olub. 2005-ci ildə Moskva İncəsənət Teatr Məktəbinin A.Raykin kursunda daxil oldu, lakin təhsil ala bilmədi. 2008-ci ildə M.Şepkin adına Teatr Məktəbinin Boris Klyuyevin kursuna daxil oldu.
Aktrisanı daha da məşhurlaşdıran 2010-cu ildə "İnternlər" komediya serialındakı Varvara Çernous rolu oldu. Sonra "Şam ağacları", "Əjdaha sindromu", "Zoluşka" filmlərində rol aldı.
2013-cü ildə "Dubler" filmində əsas qadın rolunu ifa etmiş, 2014-cü ildə "Лёгок на помине" filmində rol almışdır. 2014-cü ildə Aleksey Tixonovla birlikdə "Buz dövrü-5" şousunda iştirak etdi.
2012-ci ildən etibarən M.Ermolova adına Moskva Dram Teatrının aktrisasıdır. 2013-2014-ci illərdin dekabr-yanvar ayında qızının dünyaya gəlməsi ilə əlaqədar qısamüddətli məzuniyyətdə olan aktrisa 2014-cü ilin yanvar ayının sonunda səhnəyə qayıtdı.
"Xəyalların qoruyucuları" və "İvan Tsareviç və Boz Qurd" cizgi filmlərinin səsləndirilməsində iştirak etmişdir.
Şəxsi həyatı
Kristina Asmus bir müddət həmkarı Viktor Stepanyan ilə münasibətdə idi. Cütlük aktrisanın setdəki işinin ağırlığı və birinci karyera qurmaq, daha sonra şəxsi həyat qurmaq istəyi səbəbindən ayrıldı. 2013-cü ildə şoumen Qarik Xarlamovla evlənən aktrisa 5 yanvar 2014-cü ildə Anastasiya adlı bir qız olmuşdur.
Fəaliyyəti
İl Film adları Rol 2010 "Alibi" (film 2 "Dönüş") Saşa Korobtsova 2010 "Şam ağacları" Lena, "İsveçrədən bir qız" 2010-2013 "İnternlər" Varvara Çernous 2011 "İvan Tsareviç və Boz Qurd" Beloçka 2012 "Əjdaha sindromu" Alexandra Maksimova 2012 "Zoluşka" Maşa Krapivina 2012 "Xəyalların qoruyucalı" Zubnaya Feya 2012 "Əsl sevgi" Lena Antonova 2013 "Dubler" Daşa 2013 "Seks rəqabəti" Sveta 2013 "Pis deyil" Kameo 2014 "Лёгок на помине" Florist Lisa 2014 "Zümrüd şəhərinə qayıdış" Qlinda 2015 "Burada şəfəqlər sakitdir" Qalya Çetvortak 2016 "Çempionlar: Daha sürətli. Yuxarıda. Daha güclü" Svetlana Xorkina 2019 "Mətn" Nina
Teatrdakı rolları
"Madmazel Tarjinin portreti" Rejissor: Natalya Ermakova - Fantin; "Xoşbəxt nömrə" Rejissor: Mixail Çerişenko
M.N.Yermolova adına teatrdakı rolları
"Millətlər" Rejissor: Yevgeniya Kamenkoviç - Qız; “Hamlet Premyerası!” Rejissor: Valeri Sarkisov - Ofeliya; "İmtahançı" - Marya Antonovna; "Ördək ovu" - Qalina; "Mətn" - Nina
Model kimi
2010 - "AnNAIVanova" paltarında "Seven" televiziya proqramının modeli; 2010 oktyabr - "MAXIM" jurnalının modeli; 2011 - Versace paltarında və Roberto Kavalli üzükləri ilə "Hello" jurnalının modeli; 2011 - "Slada" Moda geyimində "Həyat tərzi" jurnalının modeli
Layihə
2011 - "Sakitliyi pozanlar" layihəsinin münsiflər heyətinin rəhbəri
Tv verilişlərdə iştirakı
2010 — "Yeyin və arıqlayın!" - iştirakçı kimi; 2011 — "Olivier şou", "12 ay" nağılının parodiyası - ögey qızın rolu; 2011 — "Ulduzlarla enerji" - qonaq; 2011 — "TSN-Xüsusi Buraxılışı: Günün xəbərləri" tarix; 2011 — "Ulduzlar haqqında inanılmaz həqiqət" tarix; 2011 — "Mənzil-95 ilə Bazar" - iştirakçı; 2012 — "Qəddar oyunlar"; 2013 — "Gerçək olmayan hekayə" - Merian Qud; 2014 — "Axşam Urqant" - qonaq; 2014 — "Buz dövrü" - iştirakçı; 2015 — "Axşam Urqant" — qonaq; 2016 — "Sığortasız" - iştirakçı.
Kliplərdə iştirakı
2010-cu ildə "Təhlükəli" qrupunun "Ürək" mahnısının klipində rol aldı; 2013-cü ildə Vlad Sokolovskinin (BiS qrupunun keçmiş solisti) "La la la la" mahnısının klip çəkilişində iştirak etmişdir. 2019-cu ildə Egor Kreed-in “Love is” mahnısının klipində rol almışdır.
Mükafatları
2013-cü il — "Moda Aktrisası" nominasiyasında Moda mükafatı; 2011-cü il — Qlamur jurnalına görə "İlin TV aktrisası"; 2010-cü il — "Maxim" jurnalına görə Rusiyadakı ən seksual qadın.
İstinadlar
Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Rusiya teatr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları