SSRİ Müdafiə Nazirliyi — Sovet İttifaqında dövlət nazirliyi. Nazirliyin başında SSRİ Müdafiə Naziri dururdu, o, Sov.İKP MK Siyasi Bürosunun üzvü ola bilərdi.
Tarixi
1934-cü ilə qədər silahlı qüvvələri idarə edən idarəetmə orqanı SSRİ Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı adlanırdı; 1934-cü ilin mart ayından SSRİ Xalq Müdafiə Komissarlığı; 25 fevral 1946-cı ildə Xalq Müdafiə Komissarlığı və Hərbi Dəniz Qüvvələri Komissarlığı SSRİ Silahlı Qüvvələrinin Xalq Komissarlığına birləşdirildi və 1946-cı ilin mart ayında SSRİ Silahlı Qüvvələri Nazirliyinə çevrildi. 1950-ci ilin fevral ayında o, iki yerə, SSRİ Hərbi Nazirliyi və SSRİ Hərbi Dəniz Nazirliyinə bölündü, 1953-cü ilin mart ayında isə onlar SSRİ Müdafiə Nazirliyinə birləşdirildiO преобразовании министерств СССР : закон СССР от 15 марта 1953 года // Сборник законов СССР и указов Президиума Верховного Совета СССР : (1938 — июль 1956) / под ред. Мандельштам Ю. И. — Москва: Государственное издательство юридической литературы, 1956. — С. 78—80O внесении изменений и дополнений в статьи 70, 77 и 78 Конституции (Основного Закона) СССР : Закон СССР от 15.03.1953 года.. 1953-cü ilin mart ayından SSRİ Müdafiə Nazirliyi
SSRİ dağılandan sonra nazirlik ləğv edildi, respublikalarda müdafiə nazirlikləri yenidən təşkil olundular və hər bir respublikanın hökumətlərinə tabe olundular:
Baltikyanı ölkələr, Ukrayna, Moldova və Gürcüstan istisna olmaqla, MDB ölkələrinin silahlı qüvvələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil oldular.
1992-ci ilin yanvar ayının sonlarında SSRİ Müdafiə Nazirliyi özünü MDB Silahlı Qüvvələrinin əsas komandanı adlandırmağa başladı«Главное командование вооруженных сил СНГ – фактический правопреемник бывшего СССР в оборонных вопросах» // Независимая газета, 1 февраля 1992 года. Ancaq 20 Mart 1992-ci ildə MDB Dövlət Başçıları Şurasının qərarı ilə SSRİ Müdafiə Nazirliyinin bazası əsasında MDB Silahlı Qüvvələrinin Ali Komandanlığı rəsmi olaraq yaradıldı.
İstinadlar
Kateqoriya:SSRİ Müdafiə Nazirliyi Kateqoriya:Ləğv olunmuş nazirliklər